Bakı beynəlxalq tədbirlərin məkanına çevrilib
14.03.2025 [18:51]
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Bu gün Azərbaycan müstəqillik illərində qazandığı uğurların, əldə etdiyi iqtisadi inkişafın, siyasi sabitliyin və güclənən beynəlxalq əlaqələrinin nəticəsində 30 illik işğala son qoyaraq Cənubi Qafqazda yeni siyasi nizamın qurulmasına nail olub. Beynəlxalq əməkdaşlığa verdiyi töhfələr isə ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahəsində qlobal aktora çevrilməsinin göstəricisidir. Qlobal çağırışlar və enerji böhranı, münaqişələr, iqlim dəyişmələri və dünya siyasətindəki qeyri-müəyyənliklərin həlli yolları dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Ölkəmizin gücünün-qüdrətinin artması və beynəlxalq nüfuzunun yuksəlməsi dünya dövlətlərinin diqqətini cəlb edir və əksər ölkələri bizimlə əməkdaşlıq etməyə sövq edir. Bunu son illərdə ölkəmizdə keçirilən dünya nizamının tənzimlənməsinə hədəflənmiş çoxlu sayda beynəlxalq tədbirlər, xüsusilə son dörd ildə Azərbaycanın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına və dünyanın 200 ölkəsinin yekdil qərarı ilə ekologiya dünyasının 1 nömrəli tədbiri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi əyani şəkildə təcəssüm etdirir və bu kimi mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayır. Bu isə dünya dövlətlərinin bizim ölkəyə olan hörməti, onun liderinə olan yüksək etimad və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsinin nəticəsidir.
Məhz, bu gün Bakıda keçirilən XII Qlobal Bakı Forumu da bu qəbildəndir və martın 14-dən 15-nə qədər davam edəcək bu Forumda dünyanın müxtəlif bölgələrindən 400-dən çox nüfuzlu siyasi xadim, həmçinin yüksək səviyyəli dövlət rəhbərləri, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların liderləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Forumda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək rolu, postmünaqişə dövründə bərpa və quruculuq işləri və orta güclərin yeni dünya düzənindəki rolu kimi vacib mövzular müzakirə olunur.
İlk dəfə 2013-cü ildə keçirilməsinə başlayan Qlobal Bakı Forumları o vaxtdan bəri dünya siyasətində, iqtisadiyyatda və diplomatiyada mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrilib. 2013-2019-cu illərdə keçirilən forumlarda əsasən beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi, iqlim dəyişmələri və qlobal iqtisadiyyatla bağlı mövzular müzakirə edilirdi. 2020-2021-ci illərdə COVID-19 pandemiyası dövründə forum hibrid formatda təşkil olundu və pandemiyanın təsirləri müzakirə edildi. 2023-cü ildə keçirilən X Forum "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusuna həsr olundu. XI Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq diplomatiyada güclənən mövqeyini nümayiş etdirdi.
Bu gün dünya nizamsızlığa sürüklənir, böyük güclər arasında rəqabət dərinləşir, geosiyasi risklər artır, enerji və ərzaq təhlükəsizliyində böhran yaşanır, iqlim dəyişmələri isə bəşəriyyətin gələcəyinə birbaşa təsir edir.
Əminliklə deyə bilərik ki, bəşəriyyətin zərərinə olan risklərin aradan qaldırılmasına, dünyada sülhün, sabitliyin və sağlam həyatın təmin olunmasına xidmət edən XII Qlobal Bakı Forumu beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh məsələlərinə dair geniş müzakirələrə şərait yaradacaq. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoq və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Forum qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu mühüm platforma rolunu oynayacaq. Müxtəlif regionlardan iştirakçıların qatılması XII Qlobal Bakı Forumunun beynəlxalq səviyyədə geniş təsirini və əhəmiyyətini, ölkəmizin qlobal dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir.
Bu gün Bakı beynəlxalq tədbirlərin məkanına çevrilib və Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolu daha da güclənir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

