Lerikdə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilib
04.07.2013 [01:51]
İyulun 3-də Lerik şəhərindəki mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, toplantıda çıxış edən YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov öz sıralarında 3 min 469 nəfər partiya üzvünü birləşdirən YAP Lerik rayon təşkilatında qarşıdan gələn prezident seçkilərinə hazırlıqlarla bağlı görülmüş işlər barədə məlumat verib, seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün partiya üzvləri qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Qeyd olunub ki, Lerik rayonunda 1 seçki dairəsi, 108 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə seçki komissiyasında rayon üzrə 30 min nəfərə yaxın seçici qeydə alınıb. Partiya üzvlərindən 654 nəfəri müşahidəçi kimi seçkilərin gedişini izləyəcək.
Bildirilib ki, prezident seçkiləri ilə bağlı YAP rayon təşkilatında 17 nəfərin yer aldığı seçki qərargahı, 40 nəfərdən ibarət təşviqat qrupu yaradılıb. Şura üzvlərindən 37 nəfəri seçki məntəqələrinə təhkim edilib.
Seçki kampaniyası dövründə təbliğat və təşviqat işlərinin yüksək səviyyədə aparılmasını təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb.
Görüşdə çıxış edən YAP Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlətimizin başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirən YAP Sədrinin müavini respublikamızın yeniləşdiyini və müasirləşdiyini bildirib.
Qeyd olunub ki, 10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır.
Qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfərdən artıq siyasi həmfikri birləşdirən YAP-ın qarşısında duran vəzifələrdən ətraflı söhbət açan Ə.Əhmədov, seçki kampaniyasında hər bir partiya üzvünün fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb.
Bildirilib ki, hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar.
Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında partiya üzvləri xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin, qadınların və ziyalıların gücündən səmərəli istifadə olunmalıdır.
YAP üzvləri seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər.
Tədbirdə çıxış edənlər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, leriklilər qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

