31 Mart soyqırımı insanlıq əleyhinə cinayətdir
03.04.2025 [14:52]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
31 mart tarixi Azərbaycan xalqının qan yaddaşına faciəvi bir gün kimi həkk olunmuşdur. 1918-ci ilin mart ayında erməni-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı amansız qətliamlar törətmiş, minlərlə dinc insan milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bu qırğınlar təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, Azərbaycanın digər bölgələrində - Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan və digər ərazilərdə də baş vermişdir.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar həyata keçirmişdir. Qətliamlar təkcə azərbaycanlıları deyil, həmçinin digər yerli xalqları da hədəf almışdır. Ləzgi, yəhudi, avar, talış kimi müxtəlif millətlərin nümayəndələri də bu dəhşətli hadisələrin qurbanı olmuşdur. Mülki əhali işgəncələrə məruz qalmış, evlər, məktəblər, məscidlər və digər ictimai obyektlər dağıdılmışdır.
Bakıda 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində şəhərdə 12 mindən çox dinc sakin qətlə yetirilmiş, yaşayış məhəllələri dağıdılmışdır. Şamaxıda 7 min nəfərdən çox insan, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür, 86 kənd tamamilə dağıdılmışdır. Quba şəhərində və ətraf kəndlərdə 4 mindən çox insan qətlə yetirilmişdir. Quba kütləvi məzarlığında aparılan araşdırmalar bu hadisələrin miqyasını sübut etmişdir. Zəngəzur və İrəvanda isə erməni silahlı dəstələri 200-dən çox kəndi yerlə-yeksan etmiş, əhalinin böyük hissəsi qətlə yetirilmiş və ya məcburi şəkildə didərgin salınmışdır.
Ümummilli Lider Heydər Əliyev 31 Mart soyqırımı ilə bağlı qeyd etmişdir: “Xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan dövləti bu soyqırımı hadisələrinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl işlər aparır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və bununla da martın 31-i rəsmi olaraq Soyqırımı Günü elan olunmuşdur. Həmin gün hər il soyqırımı qurbanlarının xatirəsi anılır, müxtəlif tədbirlər keçirilir və dünya ictimaiyyətinin diqqəti bu qanlı hadisələrə yönəldilir. Azərbaycan xalqının qarşılaşdığı bu faciə həm də beynəlxalq hüquq müstəvisində soyqırımı aktı kimi tanınmalı və ona hüquqi qiymət verilməlidir. Mart qırğınları ilə bağlı mühüm tədqiqatlar aparılmış, yeni faktlar üzə çıxarılmış, müxtəlif dillərdə kitablar və məqalələr nəşr edilmişdir.
2007-ci ildə Quba şəhərində aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıq 1918-ci ildə erməni silahlı dəstələrinin burada törətdiyi soyqırımının tarixi sübutudur. 2013-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılmış və qurbanların xatirəsinə ucaldılmışdır. Bu kompleks Azərbaycan xalqının tarixi yaddaşını qorumaq və gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövləti bu faciənin beynəlxalq səviyyədə tanınması üçün ardıcıl siyasət yürüdür. Bir çox beynəlxalq təşkilatlar və dövlətlər 31 Mart Soyqırımı ilə bağlı sənədlər qəbul etmişdir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan xalqının tarixində qanlı bir səhifədir. Tarixi həqiqətlərin yayılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün görülən işlər davam etdirilir, soyqırımı qurbanlarının xatirəsi daim anılır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

