Azərbaycan legitim olanları edib
15.04.2025 [17:01]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev Azərbaycan həqəqtlərinə xüsusi diqqət çəkərək Vətən müharibəsi və ötən son beş ildə baş verən proseslərdən geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Prezident İlham Əliyev Qarabağda erməni barbarlığı və vəhşiliyiliyinin misilsiz olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycan intiqamını döyüş meydanında aldı. Azərbaycan Ordusu tərəfindən normal insan davranışından və müharibə qaydalarından kənara çıxan bir hərəkət edilmədi. Azərbaycan müharibəni bütün beynəlxalq qaydalara uyğun apardı.
Beynəlxalq forumda Prezident İlham Əliyev onu da xatırlatdı ki, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, Azərbaycan tərəfinin itkiləri olurdu. Hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialını gücləndirmək üçün Azərbaycanın etdikləri tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.
Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bildirən Prezident İlham Əliyev bu ölkənin ölümcül silahlar almasının səbəbinin də məhz revanş və intiqam hissindən irəli gəldiyini diqqətə çatdırdı. Məhz bu səbəbdən Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etmək istəmir. Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. Ölkə başçısı qeyd etdi ki, de-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək Ermənistanın vaxt gözləməsinə işarə edir.
“Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev bəyan etdi ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Azərbaycan tamamilə legitim olanları edib, öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib, separatizmə son qoyub və sərhədlərini nəzarətə alıb. Lakin bu, Azərbaycanın potensial təhdidləri və potensial təhlükəni nəzərə almayacağı demək deyil. Azərbaycan həmişə onları yerinə otuzdurmağa hazır olmalıdır. Ölkə başçısı vurğuladı ki, bu səbəbdən ölkəmiz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edir. Bu özünümüdafiə və bir də Azərbaycana ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq üçündür.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50

