/ / Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir
Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir
08.05.2025 [21:38]
Azərbaycan Rəssamlıq Akademiyasının Muzey–Sərgi Kompleksində YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 24” ünvanı üzrə Ərazi Partiya Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev irsi: Dövlətçilik, Suverenlik” adlı sərgi və elmi konfrans keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açaraq qeyd etdi ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də milli mədəniyyətin böyük himayəçisi, incəsənətin inkişafına şərait yaradan, sənət adamlarına dəyər verən böyük şəxsiyyət idi. Rektor həmçinin vurğuladı ki, Ulu Öndərin mədəniyyətə olan diqqəti, sənətə verdiyi dəstək bu gün də öz aktuallığını qoruyur və gənc nəsil üçün örnəkdir.
Daha sonra elmi konfrans çərçivəsində bir sıra məruzələr təqdim olundu. “İncəsənət tarixi” kafedrasının dosenti, s.ü.f.d. Aygül Hüseynova, tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Bəhmən Kərimov , s.ü.f.d., YAP-ın üzvü Həşim Paşayev və digərləri çıxış edərək bildirdilər ki, Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasında və incəsənət mühitinin formalaşmasında mühüm rol oynamışdır. Natiqlər qeyd etdi ki, Heydər Əliyevin incəsənətin inkişafını dövlətin prioritet istiqamətlərindən biri hesab edirdi. Həmçinin bildirilib ki, Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın konstitusiya quruluşu möhkəmləndirilmiş, milli suverenlik tam şəkildə təmin edilmişdir. Bunun ölkəmizin siyasi tarixində dönüş nöqtəsi olduğu diqqətə çatdırılıb.
Çxışların sonunda Ulu Öndər Heydər Əliyevin milli – mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətlərinə həsr olunmuş video-çarx nümayiş olundu.
Daha sonra sərgi açıq elan edildi.
Qeyd edək ki, Sərgidə nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Ekspozisiyada təqdim olunan 91 müəllifin 100 əsəri nümayiş olunub.
Sərgi 16 may 2025-ci il tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey–Sərgi Kompleksində davam edəcəkdir.
Tədbir Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, suverenlik ideyalarının və milli mədəniyyətə verdiyi töhfələrin bir daha xatırlanması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

