İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi
27.05.2025 [21:47]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atır. Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Eyni zamanda, bu reallıqlar onu da təsdiqləyir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Azərbaycan müstəqilliyini, bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə bir çətin vəziyyətdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı, daha da möhkəmləndirməyi hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Bu mühüm çağırışı səsləndirdi ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur.
Bu gün müasir müstəqil Azərbaycan həm də tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyan, 2023-cü ilin sentyabr ayında suverenliyini tam bərpa edən Azərbaycan nəyə qadir olduğunu bir daha sübut etdi. Qalib Azərbaycanın həyatında yeni dövr başlayıb. Atılan hər bir addım müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasına, möhkəmləndirilməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini daimi və sarsılmaz edən Azərbaycan hazırda Zəfərdən-Zəfərə inamla irəliləyir.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

