Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
10.06.2025 [21:34]
Bu gün dünya enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri dilemması ilə üz-üzədir. Yaşıl keçid, alternativ mənbələrə inteqrasiya və karbon emissiyalarının azaldılması artıq təkcə ekoloji məsələ deyil – bu, geosiyasi reallığın yeni üzü, iqtisadi sabitliyin təməlidir. Məhz belə bir qlobal çağırışlar fonunda Azərbaycan öz strateji rolunu daha da möhkəmləndirərək COP29-a ev sahibliyi etməklə dünyaya yeni mesaj verdi: "Bəli, biz enerji dövlətiyik, amma biz həm də məsuliyyət daşıyan sivil dövlətik”. Cənab Prezident İlham Əliyevin 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və “Baku Energy Forum”un açılışında çıxışı bu mövqeni aydın şəkildə ortaya qoydu. O qeyd etdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bu həm də yaşıl gücün arxasında möhkəm iqtisadi dayağın olduğunu göstərir.
Bəli, Azərbaycan neft və qazla inkişaf edən ölkədir. Ancaq bu fakt onu ekoloji çağırışlardan uzaqlaşdırmayıb. Əksinə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yaşıl enerji potensialını milli təhlükəsizlik və strateji prioritet kimi qəbul edib. COP29 çərçivəsində 6,5 giqavat həcmində yaşıl enerji istehsalı gücü planlaşdırılır. Bu isə Azərbaycanın elektrik enerjisinə artan tələbatını əsasən bərpaolunan mənbələr hesabına ödəməsinə imkan verəcək. Bu strategiya, həmçinin qaz ixracatında daha çox pay ayırmağa, dünya bazarında rolumuzu artırmağa xidmət edir. Cənab Prezident bunu belə ifadə etdi: “Bərpaolunan enerji hesabına bir neçə milyard kubmetr qaza qənaət ediləcək və bu həcm ixrac oluna biləcək.”
COP29 Bakının qlobal enerji diplomatiyasında zirvə nöqtəsi oldu. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri təkcə diplomatik uğur deyil, həm də ekoloji ədalət çağırışına konkret cavabdır. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, bu tədbir populist şüarların deyil, praqmatik siyasətin simvoluna çevrildi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.” Azərbaycan burada tarazlıq modeli təqdim etdi. Neft və qaz hasilatını dayandırmadan, eyni zamanda yaşıl enerji sektorunu genişləndirərək, inkişaf etməkdə olan dövlətlərin qarşısında real alternativlər qoydu. Bu gün həm də Şimaldan Cənuba qlobal dialoqla yanaşı bir etimad körpüsü də qurulub. COP29-un ən böyük nailiyyətlərindən biri Prezident cənab İlham Əliyevin dediyi kimi, “Qlobal Şimal və Qlobal Cənub arasında körpü” qurmaq oldu. Bu, sadəcə siyasi ritorika deyil. İtki və Zərər Fondunun yaradılması, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi və 300 milyard dollara qədər yardımın nəzərdə tutulması Azərbaycanın yalnız öz milli maraqlarını yox, həm də bəşəri dəyərləri müdafiə etdiyini göstərdi. Azərbaycan bir daha sübut etdi ki, enerji siyasəti yalnız boru kəmərləri və neft müqavilələri ilə ölçülmür. Bu həm də humanitar məsuliyyət, ekoloji ədalət və beynəlxalq həmrəyliyin bir formasıdır. “Bakı Enerji Həftəsi” geosiyasətin yeni platforması kimi də qiymətləndirilə bilər. “Bakı Enerji Həftəsi” artıq təkcə texnoloji nailiyyətlərin deyil, həm də siyasi mövqelərin, strateji tərəfdaşlıqların təqdim olunduğu qlobal platformaya çevrilib. 39 ölkədən 267 şirkətin iştirak etdiyi bu tədbir Azərbaycanın enerji diplomatiyasına olan beynəlxalq inamın təcəssümüdür. Xüsusilə qeyd edilməlidir ki, bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Bu isə beynəlxalq kapitalın Azərbaycana artan marağının göstəricisidir. Xarici şirkətlərin 70 faizlik üstünlük təşkil etməsi isə ölkəmizin sərmayə baxımından nə qədər cazibədar və sabit olduğunu sübut edir. Azərbaycan bu gün enerji sektorunda ikiqat liderliyə iddialıdır – həm karbohidrogen ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasında, həm də bərpaolunan enerji sahəsində strateji dönüş nöqtəsində. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Enerji bazarında məsuliyyətli aktor, real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.”
Bəli, bu gün enerji siyasəti artıq sadəcə resurs deyil, strateji və mənəvi məsuliyyətdir. Azərbaycan isə bu məsuliyyəti üzərinə götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən dövlət olaraq çıxış edir. Bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və beynəlxalq etimada aparan yoldur.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

