Qələbəyə aparan yol: Ordumuzun yenilməz ruhu
24.06.2025 [18:50]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlər ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci ildə imzalanan Fərmana əsasən Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin son 21 ildən artıq dövrdə ölkəmizə qazandırdığı uğurların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanır. Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində sübut etdi. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. “Məğlubedilməz ordu” mifi dağıdıldı və dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.
Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacibdir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın 30 illik dövründə ordu qurculuğuna xüsusi diqqət göstərməsi, müdafiə xərclərini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən hər zaman maraqlarına uyğun şəkildə şərh edilirdi. Təcavüzkar Ermənistan dünyaya çatdırmaq istəyirdi ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil. Eyni zamanda, özlərində belə təsəlli yaratmaq istəyirdilər ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub olan tərəf ölkəmiz olacaq. Reallıqlar aparılan təbliğatların nə qədər əsassız olduğunu sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı.
Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ordumuzun bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Bu gün böyük qürur hissi ilə Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən, soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışından bəhs edirik. Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

