YAP Yasamal rayon təşkilatından daha bir xeyirxah addım
10.09.2013 [09:40]
Bu il birinci sinfə gedəcək 170 uşağa məktəb ləvazimatları hədiyyə olunub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar qaçqın, məcburi köçkün və imkansız ailələrin nümayəndələri ilə görüş keçirilib. YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov qarşıdan gələn “Bilik günü” münasibətilə valideynləri və şagirdləri təbrik edib.
O, bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il “Bilik günü” ərəfəsində rayon ərazisində məskunlaşmış bir qrup qaçqın-köçkün, həmçinin, imkansız ailələrin nümayəndələri ilə görüşür və onların birinci sinfə gedən övladlarına məktəb ləvazimatları hədiyyə edir.
Fikrət İsmayılov bu humanitar aksiyanın Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə 1996-cı ildən etibarən keçirildiyini bildirib: “Ulu öndərimiz daim qaçqın-köçkün, həmçinin, imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik. Arzu edirik ki, torpaqlarımız işğaldan azad edilsin, həmin torpaqlarda məktəblər bərpa olunsun və övladlarımız öz yurdlarında təhsil alsınlar. İnanırıq ki, o gün uzaqda deyil”.
“YAP daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək” deyən rayon təşkilatının sədri xatırladıb ki, hazırda ölkə Prezidentinin tapşırığı əsasında məcburi köçkünlər üçün qəsəbələr tikilib istifadəyə verilir. Amma insanlar bu yaşayış məntəqələrinin də müvəqqəti olduğunu bilir və öz torpaqlarına qayıdacaqlarına inanırlar.
F.İsmayılov onu da deyib ki, rayon təşkilatı, eyni zamanda, hər il aprel-may aylarında rayon ərazisində yaşayan imkansız ailələrin oğlan uşaqlarına sünnət mərasimi keçirir.
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev çıxışında birincilərə arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib: “Məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır”.
Çıxış edən valideynlər isə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və YAP Yasamal rayon təşkilatına minnətdarlıq ediblər.
Sonda bu il birinci sinfə gedəcək 170 uşağa məktəb ləvazimatları hədiyyə olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

