Təhsil sahəsi daim dövlətin diqqət mərkəzindədir
14.09.2013 [18:19]
YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatları ilə görüşləri davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunda ərazi ilk partiya təşkilatının üzvləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov öncə institut haqda geniş məlumat verib. Rektor qeyd edib ki, ölkədə təhsilin inkişafı üçün dövlət proqramları qəbul edilir, təhsil müəssisələrinin əsaslı təmiri həyata keçirilir və maddi-texniki bazası güclənir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir ki, bunun da nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeləri güclənir.
Çıxışında ölkəmizdə 9 oktyabrda prezident seçkilərinin keçiriləcəyini xatırladan Asəf Zamanov seçkilərdə hər kəsi aktiv olmağa çağırıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovda bildirib ki, təhsil sahəsi daim dövlətin diqqət mərkəzindədir: “Ölkəmizdə təhsilə ayrılan vəsaitlərin həcmi ilbəil artır. Təhsilin inkişafı üçün kompleks işlər görülür”.
Ümummilli lider Heydər Əliyevin daima elmə, təhsilə qayğı göstərdiyini bildirən R.Göyüşov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Təqdirəlayiq haldır ki, hazırda Dövlət Proqramı çərçivəsində gənclər xaricə ən nüfuzlu universitetlərə göndərilir və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti ən yüksək səviyyədə elmə, təhsilə qayğı göstərir. Ölkənin hər yerində təhsil müəssisələri əsaslı şəkildə təmir olunur”.
Təhsilə qayğıda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu bildirən R. Göyüşov qeyd edib ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində böyük işlər görülüb. Orta məktəblərin kompüterləşməsi üçün ardıcıl, məqsədyönlü iş aparılıb. Binəqədi rayonunda da orta təhsil məktəblərinin və eləcə də, uşaq bağçalarının böyük əksəriyyəti əsaslı təmir edilib. Məktəblərin maddi texniki bazası güclənib. R.Göyüşov onu da bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkədə ən böyük və ən geniş sosial bazaya malik bir partiyadır və partiyanın sıralarında on minlərlə gənc birləşib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

