Gədəbəy rayonunda təşviqat kampaniyası uğurla davam edir
18.09.2013 [10:43]
Qoşabulaq kəndinin sakinləri YAP-ın namizədi cənab İlham Əliyevin qələbəsinə inamlarını ifadə ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın Sədri, prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti geniş tədbir 2408 nəfər əhalisi, 1655 nəfər seçicisi olan Qoşabulaq kəndində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən, Gədəbəy rayonunda gedən sürətli quruculuq-abadlıq işlərindən geniş məlumat verib. Qeyd edilib ki, müasir Azərbaycanımızın möhkəm dayaqlar üzərində qurulan və inkişafı hədəfləyən irəliləyişi ölkəmizin özünəməxsus milli inkişaf modelini yaradıb. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 10 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxardıb.
Tədbirdə çıxış edən rayon ziyalılarından Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, Şöhrət Ordenli İzzət Rüstəmov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan-uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin edib. Vurğulanıb ki, məhz, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb olub.
Daha sonra çıxış edən Milli Məclisin üzvü, professor, YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov bildirib ki, bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasına, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 10 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir.
Çıxış edən Texniki Universitetin Kimya kafedrasının müdiri, professor Mahmud Rüstəmov, Avrasya Universitetinin rektoru, professor Nazim Hüseynli 2003-2013-cü illəri əhatə edən dövr üzrə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş (2004-2008-ci illər və 2009-2013-cü illər) regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının ölkəmizin uğurlu inkişafı üçün ən vacib düstura çevrildiyini bildiriblər. Qeyd edilib ki, ölkədə aparılan islahatlar nəticəsində dövlət və icmal büdcə vəsaitləri makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı, iqtisadi artımın əldə olunmasında mühüm rol oynayıb.
Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə, dövlət büdcəsinin gəlirləri 10 dəfələrlə artıb. Bütün bunlar cənab İlham Əliyevin vətəndaşların sosial rifahının yüksəlişinə xidmət edən sosial siyasətinin uğurlu nəticələridir.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Sevinc Hüseynova təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun, hazırda Azərbaycan Respublikasının Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin yürütdüyü müasir dünyanın tələblərinə uyğun, yüksək təminatlı və ən əsası vətəndaşlarımızın sosial rifahını özündə əks etdirən siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb.
Tədbirdə çıxış edən natiqlər, o cümlədən, kənd sakinləri 9 oktyabr 2013-cü il prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin yenidən qələbəsinə inandıqlarını bildirdilər. Azərbaycan dövlətinə sadiq olan Gədəbəy rayonunun seçiciləri YAP-nın alternativsiz namizədi cənab İlham Əliyevin nöbəti Prezident seçkilərində qələbəsi üçün çalışacaqlarını bildiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

