Gənclərin seçimi cənab İlham Əliyevdir
18.09.2013 [10:43]
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək, 18 yaşı tamam olan gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon ərazisində yaşayan bu gəncləri 9 oktyabrda səs vermək hüququndan istifadə etməyə çağırıb. T.Tağıyev bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurlu gənclər siyasəti keçirilir. Onun sözlərinə görə, müasir gənclik məhz bu siyasət nəticəsində inkişaf edir.
Görüşdə çıxış edən rayon təşkilatının təlimatçısı, gənc Nərminə Yunusova bildirib ki, burdakı iştirakçılar ətrafında 600 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının 220 mindən çox gənc üzvünün bir qrup təmsilçiləridir. Onun sözlərinə görə, builki prezident seçkilərində təxminən 600 min gəncin iştirakı nəzərdə tutulur: “Bu isə öz növbəsində biz gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü ifadə edir. Biz gənclər məsuliyyətli olduğu qədər də şərəfli, qürurverici bu işdə öz dəstəyimizi layiqincə nümayiş etdirəcəyik. Bu dəstəyimizə əsas verən ən vacib məqam isə partiyamızın layiqli namizədi cənab İlham Əliyevin geridə qoyduğumuz son 10 ildə Azərbaycan üçün dünyaya örnək olacaq müasir tarix yazması və Azərbaycan gənclərinin beynəlxalq arenada ən yüksək kürsülərdə iştirakını öz uğurlu siyasəti ilə təmin etməsidir. Həmçinin, liderimiz İlham Əliyevin son 10 il ərzində ölkənin bütün sahələrinə xüsusi diqqət və qayğıyla yanaşmasının nəticəsidir ki, bu gün dünyanın ən öndə gedən və güvənilir dərgiləri, jurnalları məhz Prezident İlham Əliyevin 10 il ərzində xalqımıza, ölkəmizə qazandırdığı uğurlardan xüsusi yazırlar”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, Prezident İlham Əliyevin son 10 il ərzindəki ölkənin uğurlu inkişafına yönəlmiş fəaliyyəti növbəti 5 il ərzində də Onun dövlət başçısı olmasına ciddi əsaslar verir: “Geridə qoyduğumuz 10 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki 5 il ərzində də partiyamızın Sədri İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək. Bu gün Prezident İlham Əliyevin arxasında böyük gənclər ordusu dayanıb və bu gənclik seçki günü öz sözünü deyəcək”.
YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü Nəcəf Novruzov qarşıdan gələn prezident seçkilərində partiyamızın sədri İlham Əliyevin əzəmətli qələbəsi üçün ciddi əsasların olduğunu bildirib. O deyib ki, növbəti beş ildə də ölkə rəhbərliyinin inkişafla əlaqədar böyük perspektiv planları var. Azərbaycanda idman sahəsinin də inkişaf etdiyini deyən N.Novruzov qarşıdakı illərdə Nərimanov rayonun ərazisində bir sıra idman infrastrukturlarının tikilib istifadəyə veriləcəyini vurğulayıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Millət vəkili bildirib ki, seçki hüququ hər bir vətəndaşın əsas konstitusion hüquqlarından biridir. Çünki dövlət hakimiyyətinin formalaşdırılması seçki yolu ilə baş tutur ki, burada da seçicilərin mövqeyi müstəsna rol oynayır. “Ona görə də, siz gənclər oktyabrın 9-da seçki məntəqələrinə gedərək istədiyiniz namizədə səs verməlisiniz. Sizin seçiminizin cənab İlham Əliyev olacağına heç bir şübhə etmirik. Çünki müsair Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Eyni zamanda, dövlət gənclər siyasəti də gənc nəslimiz üçün böyük perspektivlər açır. Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində gənclərimizin inkişafı, bilik və bacarıqlarını ifadə etmək üçün bütün imkanlar yaradılıb. Sadəcə, bu siyasətin davamlı olması üçün siz düzgün seçim etməli və cənab İlham Əliyevə səs verməlisiniz”- deyə, A.Əliyev vurğulayıb.
Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada da mövqeyinin gücləndiyini deyən A.Əliyevin sözlərinə görə, Azərbaycanın inkişafını istəməyən qüvvələr olsa da, dövlət başçımızın qətiyyətli mövqeyi, siyasi iradəsi sayəsində belə qüvvələr zərərsizləşdirilir. “Prezident İlham Əliyevin fəaliyyətində milli maraqlar ən başlıca yer tutur. Bu gün dövlət başçısının siyasəti nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, mədəniyyət, elm, xüsusilə idman sahəsi yüksəlişdədir. Bu siyasətin davamlı olması üçün biz növbəti seçkilərdə də cənab İlham Əliyevə səs verməliyik. İnanıram ki, belə də olacaq” - deyə, millət vəkili qeyd edib.
Bu il 18 yaşı tamam olduğu üçün səsvermə hüququ əldə edən gənclər də seçki günü Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

