Ölkədə həyata keçirilən inkişaf cənab Prezidentin yürütdüyü siyasət nəticəsində baş tutub
24.09.2013 [10:31]
Bu fikirlər Şabran rayonunun Əmirxanlı və Vələsli kəndlərində bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Şabran rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş sentyabrın 22-də rayonun Əmirxanlı və Vələsli kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq bildirib ki, Azərbaycanda ötən dövr ərzində əldə olunan uğurlar ölkənin öz resurslarını düzgün istiqamətdə yönləndirmək bacarığına yiyələnməsinə səbəb olub: “Bu isə dövlət başçısının yürütdüyü siyasət hesabına mümkün olub. Neftdən əldə edilən gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltmək, infrastruktur quruculuğunu sürətləndirmək, həmçinin, xarici investisiyanı ölkəyə cəlb edərək onların qorunmasına zəmanət vermək həyata keçirilən mühüm addımlardandır”.
Tədbirdə çıxış edən millət vəkili Tahir Süleymanov deyib ki, əldə olunan uğurlar bütün sahələr üzrə aparılan işin məntiqi nəticəsidir. Millət vəkili bu uğurların davamlı olması üçün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən professor Nizami Xudiyev bildirib ki, cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb: “Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarıb. Bunu dövlət başçımızın təhsil sahəsində həyata keçirdiyi islahatların uğurlu nəticələrindən də aydın görə bilərik”.
N.Xudiyev onu da əlavə edib ki, Azərbaycan Prezidentinin ənənəvi olaraq təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimlərində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllim, şagird və valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür: “Hər birimiz bu seçkilərdə cənab İlham Əliyevə səs verməliyik”.
Tədbirdə çıxış edən kənd sakinləri də 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Sonda kənd əhalisini maraqlandıran suallara cavab verilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

