Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir-birindən əhəmiyyətli uğurlara imza atıb
24.09.2013 [10:42]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda uğurla davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində dünən növbəti görüşlər keçirilib.
Rayonun Dəllər-Cəyir kəndində keçirilən görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərinə az bir vaxt qalır: “Seçkilər keçilən yolun təhlili, yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi önəm daşıyır. Azərbaycanın son 10 ildə qazandığı uğurlar fonunda bu reallığı bir daha təsdiq etmiş oluruq ki, möhkəm təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza ataraq dünyanın diqqətindədir. Bu gün dünya inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs edirsə və onun öyrənilməsinin vacibliyi bildirilirsə, bu, bir daha ölkəmizdə sosial-iqtisadi islahatların hər dövrün çağırışlarına uyğun şəkildə həyata keçirildiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi ilə bağlı Fərmanında da qeyd olunduğu kimi, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur”.
Fəxrəddin Vəliyev əlavə edib ki, cənab İlham Əliyev hər bir vədini konkret əməli işi ilə sübut etməklə, Azərbaycanın qarşısında geniş imkanlar açır: “Ona görə də, biz hamımız 9 oktyabrda keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik”.
Daha sonra çıxış edən şair - publisist Taleh Həmid isə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb. Onun sözlərinə görə, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr hər bir vətəndaşımızın həyatının əsaslı şəkildə dəyişməsinə, insanların rifah halının yaxşılaşmasına şərait yaradıb.
Sonda çıxış edən seçicilər əminliklə vurğulayıblar ki, 9 oktyabrda bir daha Azərbaycanı uğurla inkişaf etdirən Prezident İlham Əliyevə səs verəcəklər.
AQŞİN
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

