/ / Qaradağlılar Ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətlərini qarşıdan gələn seçkilərdə də nümayiş etdirəcəklər
Qaradağlılar Ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətlərini qarşıdan gələn seçkilərdə də nümayiş etdirəcəklər
24.09.2013 [10:43]
Qaradağda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ictimaiyyət nümayəndələri ilə növbəti görüş keçirilib
Qaradağda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ictimaiyyət nümayəndələri ilə növbəti görüş keçirilib. Qaradağlılarla görüşdə Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Seçki kampaniyasının bir həftədən artıqdır ki, davam etdiyini deyən A.Hüseynov qaradağlıların da bu prosesdə böyük aktivlik nümayiş etdirdiyini vurğulayıb. Bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi Azərbaycanın uğurlu gələcəyinin təminatçısı kimi qəbul etdiyini söyləyən Aydın Hüseynov bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya miqyasında aparıcı mövqeyə yüksəldiyini bildirib. “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sürətli inkişaf kursu Onun ən layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun siyasi mövqeləri də daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır ki, bunun fonunda Azərbaycan dünyada öz mövqelərini durmadan möhkəmləndirir” deyən YAP Siyasi Şurasının üzvü A.Hüseynov cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib. Ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da cənab İlham Əliyevə böyük ehtiram və inamın olduğunu söyləyən təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. Qaradağlıların öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacaqlarına tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər şəraitində həyata keçiriləcəyinə də tam inamını ifadə edib.
Daha sonra çıxış edən Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanın son 10 ildə qazandığı uğurlardan, ölkəmizin dünyada və beynəlxalq arenada qazandığı nailiyyətlərdən bəhs edib. Ölkəmizdə növbəti böyük bir siyasi kampaniyanın uğurla davam etdiyini bildirən F.Heydərov bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevə dəstək olduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycanı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strateji xətlə uğurla inkişaf etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz günü-gündən güclənir, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşır. “Ölkəmizin müstəqilliyinin ilk illərində düşmüş olduğu ağır və böhranlı dövrlərdə məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan xilas oldu və müasir və müstəqil Azərbaycanın fundamental əsasları qoyuldu. Dövlətimiz, xalqımız öz milli kimliyinə qovuşdu. Ölkəmizdə müstəqil və güclü dövlətçilik institutunun əsası qoyuldu. Azərbaycan bir dövlət kimi beynəlxalq arenada özünü tanıda bildi. Bu gün isə Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən Azərbaycan dünyada aparıcı mövqeyə yüksəlib. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizin iqtisadi siyasi mövqeləri sarsılmaz dayaqlar üzərində qurulub. Ölkəmizin dünyada artan nüfuzu onun mövqelərinin günü-gündən güclənməsindən xəbər verir. Azərbaycanın bütün rayonlarında, bölgələrində böyük quruculuq abadlıq işləri həyata keçirilib. Qaradağın da ümumi mənzərəsi onu deməyə əsas verir ki, burada da ölkəmizin hər yerində gedən uğurlu işlər davam etdirilir. Təbii ki, bu gün dünyanın bir sıra ölkələrində davam edən böhranın nəticələri insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bir sıra ölkələrdə isə daxili ədavətlər fonunda günahsız insanlar qətlə yetirilir. Amma bütün bunlara baxmayaraq Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitlik mövcuddur. Bu isə cənab İlham Əliyevin həyata keçirdiyi uğrurlu siyasət sayəsində mümkün olub. Qarşıdan növbəti prezident seçkiləri gəlir. Əminik ki, qaradağlılar növbəti dəfə Ulu öndər Heydər Əliyev siyasətinə dəstək olmaqla cənab İlham Əliyevə səs verəcəklər”, - deyən F.Heydərov qarşıdan gələn seçkilərdə xalqımızı fəal iştirak etməyə çağırıb.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova, Qaradağ rayon sakinləri - Xubəli Qasımov, Rəşid Rəfiyev, Əliyusif Əliyev, Faiq Abdullayev, İrşad Süleymanov, Təhməz Abbasov, Racu Hüseynov, Qalina Qasımova, Səməd Osmanov, İbiş Qəhrəmanaov, Zaməddin Həmişəyev və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən razılıqlarını ifadə edərək, qarşıdan gələn 9 oktyabr prezident seçkilərində seçimlərinin ancaq cənab İlham Əliyev olduğunu vurğulayıblar.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

