Qubadlı seçiciləri Prezident İlham Əliyevi dəstəkləyir
25.09.2013 [10:08]
Sumqayıt şəhərində məskunlaşmış Qubadlı ictimaiyyəti ilə görüş keçirilib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində məskunlaşmış Qubadlı ictimaiyyəti ilə keçirilib.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev bildirib ki, oktyabrın 9-u ölkəmizdə mühüm bir siyasi hadisə-prezident seçkiləri günüdür. A.Haqverdiyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O bildirib ki, bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosialyönümlü tədbirlər, qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi azalıb, çadır şəhərcikləri ləğv edilib: “Ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan edən Azərbaycan Prezidenti verdiyi vədi artıq yerinə yetirib. Bu müddətdə qaçqın və məcburi köçkünlərin işlə təmin olunmaları və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Mən əminəm ki, Qubadlı seçiciləri də bu inkişafın, bu irəliləyişin davamına-Prezident İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov bildirib ki, bu gün ölkəmizdə aparılan iqtisadi-sosial siyasət vətəndaşlarımızın, əsasən də aztəminatlı vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsində, gəlirlərinin artmasında mühüm əhəmiyyətli rol oynayıb: “Dövlətimiz mütəmadi olaraq əldə olunan gəlirlərdən müharibə iştirakçılarının, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Mən əminəm ki, hər zaman dövlətçiliyə bağlı qubadlı camaatı oktyabrın 9-da birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcək”.
Tədbirdə çıxış edən millət vəkili Ülvi Quliyev deyib ki, son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün qaçqınlar və məcburi köçkünlər müasir standartlara cavab verən yaşayış yerləri ilə təmin olunub və onların yaşamağa məcbur olduqları çadır şəhərcikləri tamamilə ləğv edilib: “Əminəm ki, seçicilərimiz oktyabrın 9-da Azərbaycanın Prezidenti olmağa ən layiqli namizədə-möhtərəm İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edən Bakı Dövlət Univeristetinin kafedra müdri Həsən Sadıqov və Tibb Universitetinin kafedra müdiri Canbaxış Aslanov bildiriblər ki, ölkəmizdə bütün vətəndaşlarımız aparılan sosial-iqtisadi siyasətdən razıdır. Tədbirdə çıxış edən qubadlı sakinləri bildiriblər ki, onlar ölkəmizdə mütərəqqi gələcəyə aparan siyasi kursa-Ulu öndər Heydər Əliyev siyasi kursuna və bu siyasi kursu layiqli şəkildə həyata keçirən Prezident İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

