Ağdam seçicilərinin növbəti seçimi də məhz cənab İlham Əliyev olacaq
25.09.2013 [10:13]
YAP Ağdam rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü rayonun Bənövşələr qəsəbəsində keçirib
Dünən YAP Ağdam rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü rayonun Bənövşələr qəsəbəsində keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. “Təbii ki, ölkəmizin əldə etdiyi nailiyyətlər öz növbəsində regionların sosial-iqtisadi inkişafına təkan verib. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib” - deyə, təşkilat sədri əlavə edib.
İ.Quliyev deyib ki, Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur: “Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir”.
Təşkilat sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdən və bu siyasətin uğurlu nəticələrindən də bəhs edib. Nəzərə çatdırılıb ki, bu gün bütün sivil ölkələrin əsas məqsədi insanların rifah halının yüksəldilməsi olduğundan sosial dövlət çoxcəhətli xarakter daşıyır: “Dünyada mövcud olan sosial siyasət modelləri vətəndaşların sosial müdafiəsinin və ümumi rifahının təmin olunması, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində özünəməxsus kurs kimi müəyyənləşdirilib. Artıq bu modellərin sırasına daxil olmaq imkanı qazanmış sosial siyasətin Azərbaycan modeli də var. Azərbaycanda sosial siyasət bilavasitə vətəndaşların rifah halının və həyat şəraitinin daimi olaraq yaxşılaşmasına xidmət edir. Bütün bunları nəzərə alaraq inamla söyləyə bilərəm ki, Azərbaycan seçicisinin, o cümlədən Ağdam ictimaiyyətinin növbəti seçimi də məhz cənab İlham Əliyev olacaq”.
Daha sonra çıxış edən təbliğat qrupunun üzvləri Rəfael Novruzov, Hümbət Mustafayev və Qara Qasımov Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin fonunda bütün sahələrin paralel inkişafını xüsusi olaraq vurğulayıblar. Qeyd edilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumilikdə, sosial sahədə genişmiqyaslı işlərin görülməsinə zəmin yaradıb. Təbliğat qrupunun üzvləri seçiciləri 9 oktyabr tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən qəsəbə sakinləri isə cənab Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini və öz səslərini Yeni Azərbaycan Partiyasının namizədinə verəcəklərini vurğulayıblar.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

