Cənab İlham Əliyev Azərbaycanı daha firavan gələcəyə aparan namizəddir
25.09.2013 [10:15]
Tərtər rayonunun Səhləbad, Sarıcalı və Düyərli kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Səhləbad, Sarıcalı və Düyərli kəndlərində keçirilib.
Hər üç görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirib. Bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini deyən rayon təşkilatının sədri əlavə edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını Öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirib, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı Dövlət proqramları, layihələr reallaşdırılıb: “Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Məhz buna görə də, xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verəcək”.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev həyata keçirilən sosial siyasət barədə danışıb. Onun sözlərinə görə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib: “Bunun ən böyük təsdiqi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Həyata keçirilən siyasət Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır”.
Tədbirdə çıxış edən YAP rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov deyib ki, dövlət başçısı İlham Əliyev ölkədə iqtisadi sabitliyi bərqərar etməklə, eyni zamanda, siyasi və hüquqi stabilliyi də təmin etmiş oldu: “Demokratiya iqtisadi sabitlik və insanların maddi rifah halının yüksək olduğu bir şəraitdə tam nəzərə çarpır. Prezident İlham Əliyev bütün fəaliyyətini məhz bu istiqamətdə qurub”.
Natiq çıxışını “Ölkəmizdəki inkişafın əsas səbəbkarı Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan namizəddir. Gəlin, inkişafa, gələcəyimizə-İlham Əliyevə səs verək” sözləri ilə tamamlayıb.
Görüşlərdə çıxış edən Səhləbad kənd sakinləri, Validə Mahmudova, İman Almuradov, Almaz Quliyeva, Sarıcalı kənd sakinləri, Bəhram Babayev, Rəfiqə Quliyeva, Düyərli kənd sakinləri, Köçəri Əliyev, Mükafat Süleymanova, Famil Zeynalov bildiriblər ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən, Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

