/ / Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə çox böyük uğurlar qazanıb
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə çox böyük uğurlar qazanıb
26.09.2013 [10:58]
Şəmkirdə YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində möhtəşəm mitinq-konsert təşkil olunub
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası uğurla davam edir. Dünən kampaniya çərçivəsində Şəmkir rayonunda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Həmçinin, dövlətimizin başçısının çıxışlarında dəfələrlə xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxır. Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun.
YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Cənab Prezident bəyan edib ki, Azərbaycan artıq regionun siyasi, iqtisadi lideridir. İndi əsas məqsəd Azərbaycanı elm mərkəzinə çevirməkdir: “Bax budur Azərbaycanın reallıqları. Azərbaycan artıq özünü bütün məsələlərdə tam təmin etmək gücündədir. Azərbaycanın atdığı addımlar, verdiyi qərarlar bütün regionun taleyini həll edir. Azərbaycan dünyada güclü dayaqlara malikdir”.
Mübariz Qurbanlı sonda bir daha əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir.
Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin prorektoru, millət vəkili Sahibə Qafarova Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, deyib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi güclənib, ölkəmizə diqqət və maraq, etimad möhkəmlənib: “Bu gün Azərbaycan bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün çox böyük əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Azərbaycan artıq dünyada etibar görür, bizi tanıyırlar, bizi dəstəkləyirlər. Əgər belə olmasaydı, birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək haqqı Azərbaycana verilməzdi. Ötən il “Eurovision” kimi möhtəşəm bir tədbir Bakıda keçirilib.
Bütün bu nailiyyətlərin davamlı olması, gələcəkdə dövlətimizin daha böyük uğurlara nail olması üçün 9 oktyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik”.
Daha sonra çıxış edən şair - publisist Taleh Həmid Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətləri yüksək qiymətləndirib və Ulu öndər Heydər Əliyev siyasi kursunun davam etməsinin vacibliyini vurğulayıb.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. F.Vəliyev əmin olduğunu bildirib ki, hər zaman dövlətçiliyə sədaqətlə xidmət edən şəmkirlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək.
Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlıniski bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda güclü elmi potensial yaranır, təhsil sahəsində effektiv islahatlar həyata keçirilir.
Çıxışlarda bir daha vurğulanıb ki, Azərbaycan dövlətinə böyük uğurlar qazandıran, müstəqilliyimizi dönməz və əbədi edən Heydər Əliyev siyasətinin davam etməsi üçün 9 oktyabrda bütün Azərbaycan xalqı cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

