Azərbaycanın strateji prioritetləri: regional sülh, sabitlik və inteqrasiya
02.10.2025 [17:21]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində çıxışında qlobal miqyasda bir sıra mühüm məsələləri gündəmə gətirib. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq arenadakı obyektiv mövqeyini bir daha nümayiş etdirərək, ölkəmizin həm hüquqi, həm diplomatik, həm də humanitar prinsiplərə sadiqliyini diqqətə çatdırıb.
Torpaqlarımız işğal altında olduğu dövrlərdə Ermənistanın işğalçılıq siyasəti açıq şəkildə ifşa olunmuş, beynəlxalq təşkilatlar, o cümlədən BMT tribunası vasitəsilə dünya ictimaiyyətinə çağırışlar edilmişdi. Həmin dövrdə dünya ictimaiyyətinə çatdırılan həqiqətlər xalqımızın haqq mübarizəsinin beynəlxalq səviyyədə qəbul edilməsində mühüm rol oynamışdı.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın işğal dövründə qarşılaşdığı çətinlikləri və Ermənistanın təcavüzkar siyasətini qlobal ictimaiyyətə aydın şəkildə çatdırmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpası, insan hüquqlarının qorunması və beynəlxalq hüququn prinsipial tətbiqi istiqamətindəki mövqeyini nümayiş etdirir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad edərək Azərbaycanın ərazi bütövlüyünü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə təmin edib. Bu uğurlar şanlı ordumuzun hərbi hazırlığının, strateji planlaşdırmanın və xalqın birgə iradəsinin parlaq nəticəsi kimi qiymətləndirilir. Tarixi Zəfərdən dərhal sonra Prezident İlham Əliyev sülh gündəliyi ilə çıxış etməsi Azərbaycan qalib ölkə olaraq regional sabitliyi qorumaq niyyətində olduğunu nümayiş etdirir. Bu yanaşma həm diplomatik, həm hüquqi, həm də strateji baxımdan ölkəmizin uzunmüddətli və balanslı siyasətini əyani şəkildə göstərir.
Dünya ictimaiyyəti postmüharibə dövründə Azərbaycanın dövlət siyasətinin real nəticələrini, həmçinin regionda dayanıqlı sülhün və sabitliyin qorunması naminə atılan addımları yüksək dəyərləndirir. Prezident İlham Əliyevin çıxışı dövlətimizin regional sülh və sabitliyin təmin olunması prinsiplərinə hər zaman sadiq olduğunu bir daha sübut edir.
BMT tribunasından səslənən fikirlər Azərbaycanın həm tarixi ədaləti bərpa etmək, həm də gələcəkdə regionda davamlı sülh və konstruktiv əməkdaşlığı qorumaq missiyasını bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

