9 oktyabrda siyəzənlilərin seçimi İlham Əliyev olacaq
01.10.2013 [10:02]
Siyəzən rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) 9 oktyabrda keçiriləcək prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Siyəzən rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində dünən rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib.
Mitinqi giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, son 10 il ərzində ölkəmizdə geniş quruculuq-abadlıq işləri həyata keçirilib: “Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Bu gün dünyada, elə ölkə tapılmaz ki, 10 il ərzində iqtisadiyyatı üç dəfədən çox artsın. Ölkəmizdə sosial rifahın, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramların icrası həyata keçirilən siyasətin əsas istiqamətləridir. Sovet dövründən qalmış əmanətlərin verilməsi də bu siyasətin təzahürüdür. Ona görə, görülmüş işlər deməyə əsas verir ki, hökumət gələcəkdə də bu uğurlu meyilləri daha da gücləndirəcək. Buna görə də, biz cənab Prezidentin ətrafında sıx birləşməli və 9 oktyabrda Ona səs verməliyik”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov isə qeyd edib ki, bu gün kənd təsərrüfatının inkişafı dövlətin əsas strategiyalarından biridir: “Cənab Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra kənd təsərrüfatı istehsalının artımını ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri kimi müəyyən edib. Sonrakı illərdə həyata keçirilmiş regionların inkişafına yönələn dövlət proqramları, fermerlərə güzəştli kreditlərin verilməsi və aqrar sektora subsidiyaların artırılması, regionlarda iri emal müəssisələrinin, kənd təsərrüfatı mallarını saxlamaq üçün anbar komplekslərinin tikilməsi, infrastrukturun inkişafı və digər amillər sayəsində kənd təsərrüfatı istehsalı ildən-ilə artır. Bu işlərin davamlı olması üçün yekdilliklə cənab Prezidentə dəstək olmalıyıq”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, bu gün hər birimiz cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi yüksək qayğı və diqqətə cavabımızı həm əməli işimizlə, həm də seçkidə verəcəyimiz böyük dəstəklə göstərməliyik: “Əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövləti vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında inkişaf etməkdədir. Cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakın təmin edilməsi, diasporumuzun potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində işlər aparılır. Həmçinin, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müxtəlif sahələrdə Dövlət proqramları həyata keçirilir və Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması və müdafiəsi üçün məqsədyönlü fəaliyyət göstərilir. Bu fəaliyyət bir daha onu diktə edir ki, xalqımız əgər sabitlik və inkişaf istəyirsə, hamılıqla cənab Prezidentimizi dəstəkləməlidir”.
Çıxış edən rayon sakinləri bildiriblər ki, bu gün siyəzənlilərin yeganə seçimi məhz cənab İlham Əliyevdir. Sonra tədbir incəsənət ustalarının təşkil etdiyi konsert proqramı ilə davam edib.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

