Naftalanlıların seçimi cənab İlham Əliyevdir
02.10.2013 [10:11]
YAP Naftalan şəhər təşkilatı Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı dünən şəhərin Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə növbəti görüş keçirib. Görüşdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin uğurlu siyasi strategiyasından və bunun ölkəmiz üçün müsbət nəticələrindən söz açıb. O, qeyd edib ki, ölkəmizin dinamik iqtisadi inkişafı həm vətəndaşların maddi-rifah halının yaxşılaşmasına, həm də enerji ehtiyatlarının artmasına səbəb olub. Təşkilat sədri, eyni zamanda, ötən müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən görülən işlərdən danışıb. O, bildirib ki, ölkəmizdə analoqu olmayan inkişafın təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasi kursu ölkə başçısı İlham Əliyev uğurla davam etdirir.
Tədbir iştirakçılarından Ulduz Mayılova çıxışında bildirib ki, ötən müddət ərzində ölkəmizdə elə bir sahə yoxdur ki, orada dinamik inkişaf müşahidə olunmasın: “Təkcə paytaxtımız deyil, bölgələrimiz də günü-gündən gözəlləşir, inkişaf edir. Dövlət başçısı İlham Əliyevin regionlara etdiyi son səfərlər bunları deməyə əsas verir. Cənab Prezident, bütün rayonlara səfər edərək yerlərdəki vəziyyətlə birbaşa tanış olur”.
U.Mayılova qeyd edib ki, Prezident İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri misilsizdir: “Mən sizin hamınızı oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevə səs verməyə çağırıram”.
Çıxış edən Dünyamalı Bədəlov cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı ötən müddət ərzində xalqın qarşısında verdiyi bütün vədlərə layiqincə əməl edib. Onun platformasında elə bir bənd yoxdur ki, yerinə yetirilməmiş qalsın. Bu isə məhz düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdəki iqtisadi inkişaf sürətli və davamlıdır.
Görüşdə həmçinin, İnara Mehdiyeva və başqaları çıxış edərək oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21

