Qazax ictimaiyyəti Prezident İlham Əliyevi dəstəkləyir
03.10.2013 [10:19]
YAP Qazax rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazax rayonu üzrə seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına uğurla davam etdirir.
Dünən kampaniya çərçivəsində rayonun Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kosalar və Daş Salahlı kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib. Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov son illərdə rayonda görülən quruculuq işlərindən danışıb. Artıq bir neçə gündür ki, davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərə seçicilərin böyük həvəslə gəldiklərini söyləyən H.Pənahov qeyd edib ki, müşahidə olunan izdiham, rayon ictimaiyyətinin göstərdiyi sevgi və hörmət qazaxlıların dövlət başçısı İlham Əliyevə böyük dəstəyinin, sevgisinin bariz nümunəsidir: “Bizimlə görüşlərdə seçicilərimiz də bildirirlər ki, bütün Azərbaycan xalqı kimi, Qazax sakinlərinin də yalnız bir seçimi var - Prezident İlham Əliyev. Çünki dövlət başçısının ölkəyə rəhbərlik etdiyi 10 il ərzində gördüyü işlər hamımızın gözü qabağındadır. Qazax rayonunda yeni müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, işizliyin səviyyəsi gözlə görüləcək qədər azalıb, yoxsulluğun səviyyəsi aşağı enib, insanların güzəranı yaxşılayıb, yollar salınıb, məktəblər tikilib istifadəyə verilib. Bu işləri sadalamaqla bitirmək olmaz. Ona görə də seçiciləri 9 oktyabrda Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Tədbirdə çıxış edən millət vəkili Əhməd Vəliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, dövlət başçısı 10 il öncə bu vəzifəyə seçilərkən verdiyi vədlərin hamısına əməl edib: “Bu gün ölkəmizdə 1 milyondan artıq iş yeri açılıb. Bu iş yerlərinin 80 faizi regionlardadır. Prezidentimiz demişdi ki, 10 il ərzində bütün çadır şəhərcikləri ləğv olunacaq, bu işin də öhdəsindən gəlindi. Prezidentimiz demişdi ki, bütün regionlar inkişaf edəcək, artıq bu işdə də böyük nailiyyətlər əldə olunub. Cənab İlham Əliyev bildirmişdi ki, Azərbaycanın güclü, müasir ordusu yaradılacaq. Bu gün Azərbaycanın ordusu regionun ən güclü ordusudur. Hərbi sahəyə dövlət büdcəsindən ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Bütün bu uğurlara cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub”.
Millət vəkili bildirib ki, Qazax rayonunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1970-ci ildə Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə rayonun sosial - iqtisadi inkişafının sürətləndirilməsi üçün böyük işlər görülüb: “Ümummilli liderimizinn başlatdığı işlər bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu inkişafın davamlı olması üçün bütün seçicilərimiz oktyabrın 9-da YAP-ın namizədinə, cənab İlham Əliyevə səs veməlidir”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, şair Barat Vüsal isə deyib ki, bu gün Azərbaycanda cənab İlham Əliyevin alternativi yoxdur. Prezident İlham Əliyev xalqını sevən, üzərinə düşən məsuliyyəti dərk edərək bütün problemləri dəf etməyi bacaran, savadlı, geniş dünyagörüşünə sahib siyasi xadimdir. O ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük iradə göstərərək illərdən bəri həllini gözləyən problemləri aradan qaldırmağa nail oldu: “Bu gün Azərbaycan Avropaya uğurla inteqrasiya edir. Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirir. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək dövlət başçısının növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
Çıxış edən kənd sakinləri bildiriblər ki, bütün Qazax ictimaiyyəti Prezident İlham Əliyevin başçılığı ilə qazınılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

