Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir
03.10.2013 [10:28]
Goranboy rayonunun Tap Qaraqoyunlu və Safıkürd kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Tap Qaraqoyunlu və Safıkürd kəndlərində keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə, beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir”.
Təşkilat sədri əlavə edib ki, ölkəmiz çox əhəmiyyətli proses olan prezident seçkiləri ərəfəsindədir və ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın namizədi cənab İlham Əliyev qalib gələcək: “Bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır. Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini Azərbaycan vətəndaşları da öz həyatlarında hiss edirlər”.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev deyib ki, Azərbaycanın sosial-iqtisadi sahədəki uğurları bu gün beynəlxalq aləm tərəfindən təqdir olunur: “Bu da ölkəmizin dünya arenasındakı nüfuzunun sürətlə artmasına gətirib çıxarır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, ekspertlər Azərbaycanı reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər. Böyük və mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu Azərbaycanda cərəyan edən prosesləri yüksək qiymətləndirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son 10 ildə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir”.
Daha sonra çıxış edənlər - qərargah üzvləri - Məzahir Zeynalov, Ziya Şükürov, seçicilər Taryel Sarıyev, Hafiz Əsgərov, Mühəndis İsmayılov, Taryel Aşurov, Müşgünaz Muradova, Sərvinaz Musayeva və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər. Qeyd edilib ki, ötən 10 ilin nəticələri və yekunları bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

