Bərdəlilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
03.10.2013 [10:29]
Cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən Mollalı və Əyricə kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən növbəti görüşlərini rayonun Mollalı və Əyricə kəndlərində keçiriblər.
Hər iki görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində əldə edilən uğurlardan danışıb. Rayon təşkilatının sədri deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır.
Görüşlərdə çıxış edən Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri Adil Baxşəliyev deyib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını davamlı surətdə yüksəldir”.
Çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev bildirib ki, Azərbaycan son 10 il ərzində yüksək templə inkişaf edib və bu inkişaf özünü hər bir sahədə göstərir. Onun sözlərinə görə, ötən müddət ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizdə bütün bölgələrin inkişafına təkan verib: “Məhz bu proqramların icrası nəticəsində yeni müəssisələr işə salınıb, yeni iş yerləri açılıb və regionlardan şəhərə axının qarşısı alınıb. Həmçinin, regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsi, parkların salınması həmin insanların istirahətinin, rahatlığının təmin edilməsi deməkdir”.
Professor qeyd edib ki, bütün bu işlərin arxasında qlobal hadisələri düzgün dəyərləndirən böyük zəka sahibi var: “Bu zəka sahibi prezidentliyə namizədimiz cənab İlham Əliyevdir. Sizlər xoşbəxt, varlı, inkişaf edən, elmli, savadlı gələcəyə səs vermək istəyirsinizsə, Azərbaycanın bütün problemlərinin həllini, ölkəmizdə gedən iqtisadi-siyasi inkişafın davamlı olmasını arzulayırsınızsa, övladlarınızın sabit, əmin-amanlıq şəraitində yaşamasını istəyirsinizsə, 9 oktyabr prezident seçkilərində məhz cənab İlham Əliyevə səs verin. Mən sizin siyasi iradənizə, fəallığınıza inanıram. Yaşasın, Prezident İlham Əliyev! İLHAMLA İRƏLİ!”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev deyib ki, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur: “Çünki ölkəmizdə əldə edilən inkişaf, tərəqqi göz qabağındadır. Ölkəmizdə quruculuq, abadlıq işləri yüksək səviyyədədir. Bu gün Azərbaycanın elə bir bölgəsi, kəndi yoxdur ki, orada inkişaf olmasın. Yeni məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, yollar, körpülər tikilir. Bütün bunlar ölkənin iqtisadi imkanlarının geniş olmasını təsdiqləyir”.
Çıxış edən rayon ziyalılarından Həsən Həsənov deyib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Əldə edilən uğurlardan Bərdə rayonuna da pay düşdüyünü deyən natiq “Bu gün Bərdə rayonunda bütün tələblərə cavab verən təhsil, səhiyyə, mədəni məişət obyektləri tikilərək istifadəyə verilir. Bu səbəbdən də, biz Bərdə rayon seçiciləri olaraq cənab İlham Əliyevi dəstəkləyirik və oktyabrın 9-da Ona səs verəcəyik”, sözlərini əlavə edib.
Görüşlərdə çıxış edən kənd sakinləri Hikmət Əzimov, Tahir Baxşəliyev və başqaları oktyabrın 9-da seçki məntəqələrinə gedərək, ölkəmiz üçün vacib olan bu siyasi prosesdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

