Tarixi köklərə əsaslanan yüksək səviyyəli əlaqələr
21.10.2025 [12:36]
Azərbaycan və Qazaxıstan əlaqələri hər zaman yüksək səviyyədə olub. Çünki xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Ölkələrimiz arasında siyasi təmasların davamlı olaraq inkişaf etdirilməsi bu əlaəqləri daha da möhkəmləndirir. Azərbaycan-Qazaxıstan əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
“Kazinform” agentliyinə verdiyi müsahibəsində Prezident İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrdən bəhs edərkən bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ölkələrimiz arasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektrinin çox geniş olduğunu vurğuladı. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir ki, bu da Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Ölkə başçısı müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığının möhkəmləndiyini də qeyd etdi. Belə ki, Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

