Tərtər seçiciləri cənab İlham Əliyevin təbliğat kampaniyasına böyük maraq göstərirlər
05.10.2013 [11:28]
Dünən rayonda seçicilərə YAP-ın namizədinin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən bukletlər paylanıb
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahının müəyyənləşdirdiyi tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Sarov, Rəcəbli, Kovdadıq və Bildirçinli kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirib. Bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini deyən rayon təşkilatının sədri əlavə edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını Öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirib. Ötən 10 il ərzində qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı Dövlət proqramları, layihələr reallaşdırılıb: “Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Məhz buna görə də, xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verəcək”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və YAP rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə əldə edilən uğurlardan söhbət açıblar.
Görüşlərdə çıxış edən Sarov kənd sakinləri - Simuzər Mehdiyeva, Sabir İsmayılov, Rəcəbli kənd sakini - Mayıl Aslanov, Kovdadıq kənd sakini - Şahmar Nəsirov, Bildirçinli sakini- Sadıq Tağıyev bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən, Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər.
Onu da deyək ki, Tərtərdə seçicilərlə görüşlərin davam etdirilməsi ilə yanaşı, seçicilərə cənab İlham Əliyevin fəaliyyətinin müxtəlif məqamlarını, son 10 ildə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri əks etdirən bukletlər paylanılır. YAP Tərtər rayon təşkilatının gənc üzvlərinin xüsusi fəallıq göstərdiyi kampaniyada artıq minlərlə seçiciyə partiyamızın namizədi cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən “Azərbaycan 2003-2013: Dünənə bir nəzər, Sabaha bir baxış” adlı bukletlər paylanıb.
YAP Tərtər rayon təşkilatından bildiriblər ki, seçicilər partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına böyük maraq göstərirlər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

