/ / “Cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!”
“Cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!”
05.10.2013 [11:31]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində uğurla davam etdirilir. Dünən kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşü giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq deyib ki, hər bir ölkədə seçkilər demokratiyanın mühüm göstəricilərindən biridir və bəzən seçki proseslərinə görə həmin ölkəyə münasibət göstərilir. Azərbaycan da azad seçkiyə, demokratik dəyərlərə yüksək qiymət verən ölkələrdəndir: “Biz həm prezident seçkilərində, həm də parlament və bələdiyyə seçkilərində bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan xalqı demokratik, azad, şəffaf seçkilərə gedib və layiqli namizədə səs verib”.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin Azərbaycanı dünyaya tanıdan, ölkənin sürətli dinamik inkişafını təmin edən, xarici və daxili siyasətdə çox böyük uğurlar qazanan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyən şəhər təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyevin yorulmaz və fədakar fəaliyyətinin bəhrələrini, nəhəng tikinti, abadlıq-quruculuq işlərini Azərbaycanın hər bir şəhər və rayonunda görmək mümkündür: “Uzağa getmək lazım deyil. Gündən-günə müasirləşən və çiçəklənən Şeyx Nizami yurdu-Gəncənin gözəl mənzərəsinə baxmaq kifayətdir.
Təbliğat-təşviqat görüşləri başladığı gündən indiyə kimi on minlərlə seçici bu tədbirlərdə iştirak edib. Seçicilər həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlərə, Gəncəyə və gəncəlilərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının məhəbbət və rəğbətini doğma xalqına göstərdiyi misilsiz xidmətləri, səmimi münasibətilə qazanıb. Cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!”.
Təbliğat-təşviqat qrupunun üzvlərindən AMEA-nın müxbir üzvü, professor Fuad Əliyev, GDU-nun müəllimi Qvami Qocayev, həkim Roza Qafarova çıxışlarında ötən 10 il ərzində ölkədə görülən işlər barədə danışıblar. Qeyd olunub ki, seçimini 1993-cü ildə edən müdrik xalqımız Qurtuluşdan başlanan yola Ulu öndərin müdrik siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyir və Azərbaycanın parlaq gələcəyi naminə səslərini birmənalı şəkildə cənab Prezidentə verəcəklərini bəyan edir: “Qurtuluşdan quruculuğa, quruculuqdan intibaha, intibahdan müasir inkişafa gətirib çıxaran bu seçim hələ çox zəfərlərə, uğurlara yol açacaq!”.
Çıxış edən seçicilər Səkinə İsrafilli, Natiq Əliyev və başqaları son illər Gəncədə çox nəhəng işlərin, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsinin, insanların sosial durumunun köklü şəkildə dəyişməsinin şahidi olduqlarını deyiblər: “Şəhər əhalisinin rifah halının yaxşılaşdırılması üçün açılan yeni iş yerləri, əsaslı təmir olunan yaşayış massivləri, istifadəyə verilən sosial və istirahət obyektləri bunun bariz nümunəsidir. Gəncə bu gün ən gözəl şəhərlərdən biridirsə, 5 ildən sonra daha gözəl olacaq. Biz də müasirliyin, yeniliyin davam etməsini istəyirik. İstəyimizə də sevimli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə nail olacağıq”.
Fazil İsmayılov
Xəbər lenti
Hamısına baxSosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22

