Qax seçiciləri də “İlhamla İrəli” - deyirlər
06.10.2013 [15:54]
Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda seçicilərlə silsilə görüşlər və zirvə tədbiri keçirilib
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və Azərbaycanın hər yerində olduğu kimi, Qax rayonunda da təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Belə ki, YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Qax rayonu üzrə seçki qərargahının üzvləri kampaniya çərçivəsində Qaxın kəndlərində və rayon mərkəzində bir sıra görüşlər keçiriblər.
Bu günə kimi rayonun Qorağan, Şotavar, Zəyəm, Lələli, Qındırğa, Güllük, Qapıçay və digər kəndlərində keçirlən görüşlərdə partiyamızın namizədi cənab İlham Əliyevin ötən 10 il ərzində gördüyü işlər barədə geniş məlumat verilib. Görüşlərdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov ölkəmizin daha bir siyasi hadisə - prezident seçkiləri ərəfəsində olduğunu bildirib. O, qeyd edib ki, bu seçkidə də Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir: “Cənab Prezidentimizin 10 il ərzində gördüyü işlər, Onun rəhbərliyi ilə həyata keçirilən iri-iri layihələr, əldə olunan uğurlar belə deməyə əsas verir. Və biz də bu siyasətə cavab olaraq öz sözümüzü 9 oktyabrda seçki məntəqələrinə gedərək deməliyik”.
Sakinlər qarşısında çıxış edən millət vəkili Azər Kərimov deyib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının uğurla yerinə yetirilməsi nəticəsində bu gün ölkəmizdə xeyli işlər görülür: “Azərbaycanda büdcə xərclərinin böyük bir qisminin elmə, təhsilə, səhiyyəyə, əhalinin sosial müdafiəsinə, sosial infrastruktur sahələrinin yenilənməsinə sərf olunması ümumilikdə, bütün ölkə əhalisinin maraqlarına cavab verməkdədir”.
Tədbirlərdə çıxış edən sakinlər isə bildiriblər ki, xalq artıq öz seçimini edib. Və bütün Azərbaycan vətəndaşları kimi qaxlıların da yeganə seçimi cənab İlham Əliyevdir.
Onu da qeyd edək ki, kampaniya çərçivəsində Qax rayonunda böyük bir zirvə görüşü də keçirilib. Minlərlə rayon sakininin qatıldığı zirvə görüşünü giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün biz hamımız buraya cənab İlham Əliyevə və Onun uğurla həyata keçirdiyi siyasətə öz dəstəyimizi bildirməyə, Onunla həmrəylimizi ifadə etməyə toplaşmışıq. Əminəm ki, qaxlılar 9 oktyabr prezident seçkilərində növbəti dəfə cənab İlham Əliyevə səs verəcəklər”.
Zirvə görüşündə çıxış edən millət vəkili Azər Kərimov bildirib ki, məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün Azərbaycan nəinki regionda, hətta dünyada əvəzedilməz tərəfdaş kimi qəbul olunur: “Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqaməti ölkə vətəndaşlarının rifahının yüksəldilməsidir. Yüksək inkişaf dinamikasına malik Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Bu siyasəti öz həyatında hiss edən hər bir vətəndaş qazanılan uğurların davamına səs verəcək və 9 oktyabrda cənab İlham Əliyevi dəstəkləyəcək”.
Zirvə toplantısında respublikanın incəsənət xadimləri böyük konsert proqramı ilə davam edib.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

