Qaradağ rayon sakinlərinin birmənalı seçimi YAP-ın namizədi cənab İlham Əliyevdir
06.10.2013 [15:59]
Rayonun Ümid qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə seçki qərargahının üzvləri qaradağlı seçicilərlə növbəti görüşü keçirib. Qaradağ rayonunun Ümid qəsəbəsində seçicilərlə keçirilən görüşdə çıxış edən YAP Qaradağ rayonu seçki qərargahının üzvü Mikayıl Zeynalov deyib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. M.Zeynalov daha sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan bəhs edib. Vurğulayıb ki ölkəmizdə insanların sosial problemlərinin yüksək səviyyədə həlli dövlətin əsas prioritetlərindəndir. Məhz bu istiqamətə yönələn addımlar insanların yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə dəyişib. Qərargah üzvü bütün bunların cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün olduğunu vurğulayıb. O, qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də xalqımızın cənab İlham Əliyevə böyük dəstək olacağını vurğulayaraq Qaradağ rayon ictimaiyyətinin seçkidə həmişə olduğu kimi, bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib. M.Zeynalov 9 oktyabrda Ümid qəsəbəsinin sakinlərini seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırıb.
Seçki qərargahının üzvü Bəhruz Qəndilov da Ümid qəsəbəsinin sakinlərini qarşıdan gələn 9 oktyabr prezident seçkilərində aktiv olmağa çağırıb. B.Qəndilov Ümummilli lider Heydər Əliyevin zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən B.Qəndilov qaradağlıların cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirərək prezident seçkilərində Ona səs verəcəklərini vurğulayıb.
Qaradağ rayonu Ümid qəsəbəsi sakinləri adından çıxış edən Coşqun Nəcəfov onların prezident seçkilərində yeganə seçimlərinin xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev olacağına əminliyini söyləyib.
Qaradağ rayonu Ümid qəsəbəsinin sakini İsmayıl Ağayev də onlara hər zaman diqqət və qayğı ilə yanaşan dövlətimizi günü-gündən gücləndirən cənab İlham Əliyevə səs verəcəklərini bildirib.
Qaradağ rayonu Ümid qəsəbəsi sakini Gülxar Allahverdiyeva da çıxışında onların yeganə seçimlərinin cənab Prezident İlham Əliyev olduğunu və Ona alternativ görmədiklərini vurğulayıb.
Qaradağ rayonu Ümid qəsəbəsinin sakini Camal Hüseynov da bir gənc olaraq ölkəmizin güclənməsinin onlar üçün qürurverici bir hiss olduğunu söyləyib. Bildirib ki, dövlətimiz hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz cənab Prezidentimiz İlham Əliyev gənclərə hər zaman dəstək olub. Ona görə də, bir gənc kimi seçkidə Prezident İlham Əliyevə səs verəcəyini bildirən C.Hüseynov möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizi daha möhtəşəm bir gələcəyin gözlədiyini söyləyib.
Qaradağ rayonu Ümid qəsəbəsinin sakini Elnarə Həsənova da 9 oktyabrda ailəliklə cənab Prezident İlham Əliyevə səs verəcəklərini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

