“Biz öz Prezidentimizlə hələ çox zirvələri fəth edəcək, daim irəliyə gedəcəyik”
06.10.2013 [16:00]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
Hazırda 9 oktyabr prezident seçkiləri ilə bağlı Azərbaycanın bütün bölgələrində, eləcə də, Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası yüksək səviyyədə davam etdirilir. Təbliğat kampaniyasını uğurla aparan YAP Gəncə şəhər təşkilatının fəal üzvləri partiyamızın namizədi cənab İlham Əliyevin 10 il ərzində xalqımız və Vətənimiz üçün gördüyü işləri, ölkəmizə bütün sahələrdə qazandırdığı uğurları əks etdirən bukletlər paylayırlar. Kampaniyaya könüllü olaraq qoşulan gənclər təbliğat materiallarının paylanmasında fəal iştirak edərək, Gəncə gənclərinin hər zaman cənab İlham Əliyevə dəstək olduqlarını bir daha öz işləri ilə təsdiqləyirlər. Onlar şəhərin müxtəlif yerlərində, parklarda, istirahət mərkəzlərində, meydanlarda bukletləri paylamaqla, seçiciləri cənab İlham Əliyevin seçki platforması ilə daha yaxından tanış edirlər.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev deyib ki, dövlətimizin qarşısında duran mühüm vəzifələri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub: “Azərbaycan xalqının seçkiqabağı ovqatı bütünlüklə, cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. Cənab İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın memarı sayır. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda, Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayırlar, Ona güvənir və etibar edirlər. Biz gənclər, Vətənimizin tərəqqisində yaxından iştirak etməklə, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, gənclərin himayədarı və dostu olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verəcəyik”.
Kampaniyaya könüllü qoşulan ADAU - nun tələbəsi İsrafil Vəliyev deyib ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır: “Mən də gənc təbliğatçı olaraq, bu işlərə böyük həvəs və sevinclə qoşulmuşam. Azərbaycanda qazanılan nailiyyətlərlə seçicilərimizi məlumatlandırır, qarşılıqlı olaraq, onların ölkə başçısına minnətdarlıq dolu sözlərini eşidirəm. Hər bir Gəncə sakini cənab İlham Əliyevin növbəti 5 ildə də Prezident seçilməsinə tərəfdardır”.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədr müavini Elşad Ələkbərov da deyib ki, bu gün Azərbaycan Respublikasının idarəedici sükanı etibarlı əllərdədir: “Ölkə Prezidentinin apardığı uğurlu siyasətin bəhrələri göz qabağındadır. Cənab Prezidentimiz İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində bir namizəd kimi xalq qarşısında götürdüyü bütün öhdəliklərin reallaşdırılmasına nail olmuşdur”.
Gənc fəal Səbinə Salmanova isə bildirib ki, seçicilərə bukletləri paylayarkən, Prezident İlham Əliyev haqqında sadə insanlardan eşitdiyi xoş sözlər əhalinin dövlətimizin başçısına verdiyi böyük dəstəyin açıq ifadəsidir: “Gəncəlilər minnətdarlıq dolu duyğularını bildirməklə, ölkə başçısının şəhər sakinlərinə göstərdiyi qayğıdan, dəstəkdən, onlara bəxş etdiyi dəyərli töhfələrdən fərəh hissi ilə danışırlar. Biz İlham Heydər oğlu Əliyevdən başqa Prezident tanımırıq. Firavan həyatımızın davam etməsini istəyirik”.
Aygün Məmmədova da deyib ki, bütün gənclər xalqının maraqları naminə müdrik siyasəti ilə dünya miqyasında tanınan xalqımızın vətənpərvər oğlu Prezident İlham Əliyevlə fəxr edir: “Biz öz Prezidentimizlə hələ çox zirvələri fəth edəcək, daim irəliyə gedəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

