Gəncədə YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib
30.10.2025 [17:31]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 69 saylı (Gəncə Dövlət Aqrar Kolleci) ərazi partiya təşkilatında partiya fəalları və gəclərlə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək, bildirib ki, hakim partiya Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Dövlətə, xalqa xidmət görülən bütün işlərin, müəyyənləşdirilən hədəflərin əsasını təşkil edir. Partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini qazanması, özünə inamı, etimadı artırmasıdır. Bunun da əsasında partiyanın sözlə əməl birliyi dayanır.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov şərəfli tarixə malik Yeni Azərbaycan Partiyasının ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə əvəzsiz rola malik olduğunu qeyd edib: ”Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti sayəsində Yeni Azərbayan Partiyası Azərbaycanın hər bir uğurunda öz payı var. Dahi rəhbər Heydər Əliyevin memarı olduğu partiya yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfələr verir.
Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşdığını qeyd edib. O, YAP-ın sıralarında birləşən ölkə vətəndaşlarının Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının davamçıları olduğunu vurğulayaraq, hakim partiyanın üzvləri arasında Gəncə Dövlət Aqrar Kollecinin kollektivinin də təmsil olunduğunu bildirib.
Kollecin II kurs tələbəsi Sənan Mehdiyevin vətənpərvərlik ruhunda gitarada ifası alqışlarla qarşılandı.
Partiya sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqəsi təqdim edilib.
Sonda gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

