Azərbaycan bayrağı daim sülh səmasında dalğalanacaqdır
09.11.2025 [11:37]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli Bayraq Gününün ölkəmizdə təntənə ilə qeyd olunması dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş 50 milyondan çox azərbaycanlının sonsuz sevincinə səbəb olmuşdur. Çünki bu əziz günün qeyd olunması bir millətin özünüdərki, qeyrəti, məsləki və əqidəsidir.
Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faicələrlə üz-üzə qalmış, lakin bütün bunlara baxmayaraq, öz qürurunu, ləyaqətini itirməmiş, milli dəyərlərini qorumaqla qüdrətini bir daha sübuta yetirmiş, müstəqillik haqqına sahib olmuşdur. 1918-ci ilin iyunun 24-də üzərinə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli Dövlət Bayrağı qəbul edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin ilin noyabrında isə üçrəngli, ay-ulduzu Dövlət Bayrağımız qəbul edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq bərpa olunmuşdur.
Azərbaycanın üçrəngli bayrağı ikinci dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı. Azərbaycan üçrəngli bayrağı 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Soveti Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasət ondan xəbər verir ki, namusumuz, qeyrətimiz olan üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda, bir sözlə, bütöv Azərbaycanda dalğalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

