/ / Gəncədə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Gəncədə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
20.11.2025 [22:50]
Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, ərazi partiya təşkilat sədrləri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbiri giriş sözü ilə açaraq, bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanıb:”Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Müasir dövrümüzdə bu maraqlar Müzəffər Ali Baş Komandan, xalqımızın Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur. Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib”.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənməkdədir. Bu da xalqımızın Liderinə və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov isə qeyd edib ki, bu gün partiyanın 33-cü il ərzində fəaliyyəti həm siyasi yetkinliyin, həm də Azərbaycan dövlətçiliyinə sədaqətin parlaq təcəssümü kimi dəyərləndirilir.
Partiya veteranı Nizami Seyidəliyev bildirib ki, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə birbaşa bağlıdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə “Təşəkkürnamə”, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

