Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir
21.11.2025 [21:33]
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. 90-cı illərin əvvəlində ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin ağır olması, siyasi sabitliyin təmin edilməməsi nəticəsində yaranmış xaos və anarxiya Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin vaxt Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirirdi. Belə bir vaxtda xalqımızın 91 nəfər ziyalısının “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli başlıqla 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. 24 oktyabr 1992-ci ildə Ümummilli Lider “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqalə ilə ziyalıların müraciətinə müsbət cavab verib və 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb, dünya miqyaslı siyasətçi, Siyasi Büronu fəth etmiş böyük təcrübəyə malik Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı. Ən əsası, xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi.
Cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın qüdrətinin və beynəlxalq nüfuzunun artmasını, dünya siyasi arenasında mövqeyinin güclənməsini, milli həmrəyliyin möhkəmlənməsini təmin etdi. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.”Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsini və Prezident İlham Əliyevin uzaqgörən strategiyasını özündə birləşdirərək Azərbaycanın sabitliyini və inkişafını təmin edən ən mühüm siyasi qüvvədir. Partiyamız müasir dövrün çağırışlarına uyğunlaşaraq ölkənin demokratik dəyərlərinin və iqtisadi qüdrətinin möhkəmləndirilmə- sində misilsiz rol oynamağa davam edir. YAP Azərbaycanın siyasi səhnəsində həm milli, həm də beynəlxalq səviyyədə lider mövqeyini qoruyub saxlamaqla ölkəmizi yeni zirvələrə aparmaqdadır . Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün, tarixi ədalətin və xalqımızın milli qürurunun bərpasına nail oldu.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

