Diplomatik məharətin, siyasi iradənin parlaq təzahürü
25.11.2025 [22:17]
25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan üçün yalnız bir tarixin qeyd olunması deyil, həm də dövlətimizin apardığı düşünülmüş siyasətin, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyinin real nəticəsidir. Uzun illər işğal altında qalan Kəlbəcərin azad edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu qələbə təsadüfi deyil, sistemli şəkildə həyata keçirilən siyasi, hərbi və diplomatik strategiyanın məntiqi nəticəsi olmuşdur.
1993-cü ildə Kəlbəcər rayonunun işğalı ölkəmiz üçün ağır itki idi. Minlərlə insan öz doğma yurd-yuvasını tərk etməyə məcbur oldu, tarixi abidələr, yaşayış məntəqələri məhv edildi, bölgənin təbii sərvətləri talan edildi. Bu illər ərzində Azərbaycan dövləti heç vaxt bu işğalla barışmadı, torpaqlarımızın azad olunmasının yol xəritəsini formalaşdırdı və beynəlxalq müstəvidə haqq səsimizi ardıcıl şəkildə dünyaya çatdırdı. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasi xətt nəticəsində dövlətimizin mövqeyi gücləndi, ordumuz modernləşdirildi, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.
2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonunun bir güllə belə atılmadan, heç bir itki verilmədən geri qaytarılması Prezident İlham Əliyevin diplomatik məharətinin, siyasi iradəsinin və hərbi planlaşdırma bacarığının parlaq təzahürü oldu. Bu, həm də Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu əməliyyatların, qətiyyətli mövqenin və dəqiq hesablanmış qərarların nəticəsi kimi tarixə düşdü. Azərbaycan xalqı bu gün sayəsində təkcə öz torpaqlarına qovuşmadı, həm də 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Azadlıqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri başlandı. Regionun infrastrukturunun tamamilə yenilənməsi istiqamətində mühüm layihələr icra olunur. Yeni yollar çəkilir, yaşayış massivləri salınır, sosial obyektlər inşa edilir, elektrik təchizatı sistemi bərpa olunur. Kəlbəcərin böyük enerji potensialından səmərəli istifadə məqsədilə su elektrik stansiyalarının qurulması həyata keçirilir. Bu layihələr regionun uzunmüddətli inkişafını təmin etməyə, yerli iqtisadiyyatı gücləndirməyə xidmət edir.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri regionun bərpasına göstərilən yüksək diqqətin nümayişidir. O, hər səfərində görülən işlərlə yerində tanış olur, yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir, icra prosesinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verir. Prezidentin bu yanaşması Kəlbəcərin təkcə fiziki deyil, həm də sosial və iqtisadi dirçəlişinə zəmin yaradır.
Kəlbəcərin təbiəti, mineral suları, kurort potensialı və zəngin mədəni irsi nəzərə alınaraq burada turizm infrastrukturunun yaradılması istiqamətində də addımlar atılır. Bu, gələcəkdə rayonu ölkənin ən mühüm turizm mərkəzlərindən birinə çevirməyə imkan verəcək. Bununla yanaşı, bölgəyə ilk köç mərhələləri həyata keçirilir, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün müasir yaşayış şəraiti təmin edilir.
Kəlbəcər Şəhəri Gününün təsis edilməsi bu torpaqların azad edilməsinin əhəmiyyətini əbədiləşdirən mühüm qərarlardan biridir. Bu tarix həm tarixi yaddaşın qorunmasına, həm də gələcək nəsillərdə vətən sevgisinin möhkəmləndirilməsinə xidmət edir. Hər il qeyd olunan bu gün şəhidlərin xatirəsinin anılması, qazilərin qəhrəmanlıqlarının dəyərləndirilməsi və dövlətimizin gücünün nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcər təkcə azad edilmiş bir ərazi kimi deyil, dirçələn, yenidən qurulan, gələcəyə böyük ümidlə baxan bir diyar kimi formalaşır. Prezident İlham Əliyevin apardığı sistemli siyasət sayəsində Kəlbəcərin bərpası dövlətin prioritet istiqamətlərindən biridir və görülən işlər bu torpaqların qısa zamanda tam şəkildə inkişaf edəcəyinə inam yaradır.
25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının qürur günüdür. Bu tarix dövlətin gücünü, xalqın birliyini, ədalətin bərpasını və gələcəyə olan böyük inamı ifadə edir. Kəlbəcərin azad edilməsi və bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qəti liderliyinin və xalqımıza bağlılığının bariz nümunəsidir. Bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də yenidən doğulan Kəlbəcərin parlaq gələcəyinə şahidlik edirik.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04

