Xəzər rayonunda Yeni il münasibətilə bayram tədbiri təşkil olunub
30.12.2025 [16:48]
Dekabrın 29-da Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, YAP Xəzər rayon təşkilatının sədri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd edib ki, bu gün Azərbaycanın qazandığı uğurlar ardıcıl və düşünülmüş dövlət siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkəmizin möhkəm əsaslar üzərində qurulmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bildirilib ki, həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri xalqımızın sarsılmaz birliyini və həmrəyliyini bir daha nümayiş etdirib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi olub. Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi ölkəmizin iqtisadi gücünü artırıb, beynəlxalq arenada nüfuzunu möhkəmləndirib və tarixi ədalətin bərpasına yol açıb. Bu gün dövlət bayrağımızın azad edilmiş torpaqlarda dalğalanması milli qürurumuzun rəmzidir.
Şəhid Tural Abdullayevin atası Şakir Abdullayev və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək qeyd etdi ki, güclü və qalib Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun məntiqi nəticəsidir. “Dəmir yumruq” ifadəsi xalq-dövlət birliyinin simvoluna çevrilərək Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən uğrunda canından keçən igidlərin qəhrəmanlığı gənc nəsil üçün əsl nümunədir. Onların həyat yolu milli ruhun, vətənpərvərliyin və dövlətə sədaqətin təcəssümüdür.
Daha sonra Yeni Azərbaycan Partiyasının inkişafında və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri Fərman və hədiyyələrlə təltif edilib.
Tədbir bədii-musiqi proqramı ilə davam edib, iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

