Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
02.02.2026 [20:27]
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncə Tibb Kollecinin dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tibb Kollecinin “Gənclər Evi”ndə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də fəal gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mərkəzində savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli gəncliyin dayandığını bildirib: “Müstəqil Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşıb.”
Gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən YAP İdarə Heyətinin üzvü,YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə qazandıqları uğurlardan bəhs edib.
Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qeyd edib ki, bu gün Azərbaycan gənci həm milli köklərinə bağlı, həm də qlobal dünyada öz yerini tutmağı bacaran bir nəsildir. Onlar açıq fikirli, təşəbbüskar, sosial məsuliyyətli və fəal vətəndaş mövqeyi ilə seçilirlər. Dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi məhz belə gənclərin çiyinlərində dayanır.
Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclərə “Təqdirnamə”, YAP sıralarına yeni qatılan bir qrup gəncə üzvülük vəsiqələri təqdim olunub.
Tədbirdə istedadlı gənclərin hazırladığı konsert proqramı nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

