YAP ölkəmizin ən güclü siyasi təşkilatıdır
19.11.2013 [09:07]
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Tədbiri açan YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik siyasi qüvvə kimi təsdiqləyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranıb: “1992-ci il noyabrın 21-də Azərbaycanda mövcud olan gərgin ictimai-siyasi vəziyyət fonunda ölkəmizi düçar olduğu problemlərdən xilas etmək və xalqımızın parlaq gələcəyini təmin etmək məqsədilə yaradılan YAP ötən 21 ildə öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Ümummilli lider Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. YAP Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Bu gün isə müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlara imza atır, dünya miqyasında qəbul olunan güclü dövlətə çevrilib”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev isə deyib ki, YAP yarananda müxalifət partiyası kimi yaranmışdı. Lakin YAP xalqa qarşı müxalifətdə deyildi, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdı: “YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də, yaranandan qısa müddət sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin də çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığı təkzibolunmaz faktdır. Bütün ölkə vətəndaşları 1990-cı illərin əvvəlini yaxşı xatırlayır: “O dövrdə Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu tarixi yaxşı bildiyimiz üçün onun üzərində çox dayanmaq istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycanın gələcəyindən narahat olan insanlar, xüsusilə ziyalılar problemlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Bu səbəbdən də, məhz Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaranması təşəbbüsü ilə çıxış etdilər”.
Daha sonra çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev də Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışaraq bir daha vurğulayıb ki, zamanın təxirəsalınmaz tələbindən yaranan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanda, bütövlükdə regionda ən güclü və ən böyük siyasi təşkilatdır.
Sonda partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən fəallara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

