Ölkəmizin uzunmüddətli inkişaf strategiyası
13.02.2026 [22:22]
Məlum olduğu kimi, fevralın 11-də təqdim olunan "Azərbaycanın yeni rəqəmsal arxitekturası" gələcəyin idarəetmə və iqtisadi modeli kimi qiymətləndirilməlidir. Rəqəmsal transformasiya artıq strateji zərurət, rəqəmsal arxitektura isə ölkənin iqtisadi, siyasi və texnoloji gələcəyini formalaşdıracaq əsas yol xəritəsidir...
Qeyd etmək lazımdır ki, müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Yeri gəlmişkən, "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na ölkənin uzunmüddətli inkişaf strategiyası kimi baxa bilərik. Plan dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji infrastrukturun yenilənməsini hədəfləyir. Fəaliyyət planına həsr olunmuş müşavirədə cənab Prezidentin də söylədiyi kimi, bizim bir çox üstünlüyümüz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Yəni ölkəmizin Asiya ilə Avropa arasında, "Şimal-Cənub" dəhlizi üzərində yerləşməsi yaradılmış mövcud infrastruktur üstünlüyümüzü təmin edir. Burada iqtisadi baxımdan strateji üstünlüklərə nəzər salsaq, enerji asılılığının azaldılmasını və qeyri-neft sektorunun inkişafını qeyd edə bilərik. Belə ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi ilk növbədə bu məqsədə çatmaq üçün effektiv vasitə hesab olunur.
Onu da qeyd edək ki, elektron ticarət, rəqəmsal ödəniş sistemləri, startap ekosisteminin gücləndirilməsi yeni iş yerlərinin yaranmasına və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına şərait yaradır. Bu, uzunmüddətli proses olduğundan gələcəkdə bu sahədə milli kadrlara böyük ehtiyac duyulacaq. Bu səbəbdən orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Beynəlxalq təcrübəyə əsasən, proseslərin rəqəmsallaşdırılması biznes mühitini sadələşdirdiyini, prosedurları sürətləndirdiyini deyə bilərik. Bu isə investorlar üçün daha cəlbedici mühit formalaşdırır. Yeri gəlmişkən, data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələr artıq qurulub. Prezident İlham Əliyev bu əlaqələri də Azərbaycanın əsas üstünlüklərindən biri kimi dəyərləndirib. Bu fəaliyyət planı dövlət idarəçiliyində effektivliyin və şəffaflığın artırılmasına birbaşa təsir edəcək. Burada çeviklik ön plandadır. Belə ki, vahid rəqəmsal platformalar üzərindən məlumat mübadiləsi qərarvermə prosesini sürətləndirir və insan faktorundan qaynaqlanan riskləri azaldır. Milli məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi prioritetə çevrilir. Cənab Prezident müşavirədə qeyd etdi ki, kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Çünki bu da kritik sahələrdən biridir. Dövlət başçımız ötən il ölkəmizə qarşı çox mütəşəkkil və aqressiv kiberhücumu da xatırlatdı. Müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Yeni arxitektura əsasında süni intellekt, "smart" layihələri ölkənin texnoloji inkişafını daha da sürətləndirəcək. Vahid standartların tətbiqi və təhlükəsizlik əməliyyat mərkəzlərinin yaradılması kibertəhlükələrə qarşı dayanıqlılığı artıracaq. Bu isə həm dövlət, həm də özəl sektor üçün daha etibarlı rəqəmsal mühit deməkdir. Ən əsası, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" ölkəmizi regionda rəqəmsal transformasiya üzrə aparıcı gücə çevirmək potensialındadır!
Fərid Yusifov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56

