“Azərbaycanın yeni rəqəmsal arxitekturası” bundan sonra necə olacaq?
13.02.2026 [12:32]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə gerçəkləşdi.
Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə edildi.
Ölkə başçısı bu sahədə atılacaq addımlarla bağlı tapşırıqlarını verdi. Eyni zamanda, cənab Prezident süni intellekt, rəqəmsallaşma və data mərkəzlərinin qurulmasını ölkənin gələcək inkişafını müəyyən edən ən mühüm amillər kimi önə çəkdi.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müşavirə onu göstərdi ki, ölkə rəqəmsallaşmanı artıq ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan və vahid idarəetmə ilə həyata keçirmək mərhələsinə keçir. Bildirmək istərdik ki, burada məqsəd çox sadədir; dövlət xidmətləri daha sürətli, daha rahat, daha təhlükəsiz olmalıdır.
Eyni zamanda, biznesin işi yüngülləşməsi əsas hədəf kimi qarşıya qoyulur. Bundan başqa, süni intellekt və ondan istifadə imkanlarl real fayda verməsi dövlətimizin əsas hədəflərindəndir.
Bu həm də dövlətin rəqəmsal sistemlərinin bir-biri ilə daha yaxşı işləməsi anlamına gəlir. Yəni hər qurum öz-özünə ayrı sistem qurmasın, hamı eyni qaydalar və eyni platformalar üzərindən işləsin. Xidmətlər də “kağız, arayış, möhür” məntiqi ilə yox, insanın ehtiyacına görə qurulsun.
Beləliklə, qeydiyyat, icazə, hesabat, arayış kimi işlər daha rahat, daha şəffaf olacaq. Dövlət–biznes münasibətləri bir neçə platformada toplanacaq və insan faktoru azaldıqca süni əngəllər və maneələr də azalacaq.
Digər tərəfdən, rəqəmsallaşma artdıqca kiberrisklər də artır. Buna görə yeni modeldə təhlükəsizlik sonradan əlavə olunan yox, sistemin öz içində qurulan əsas şərt olmalıdır. Yəni məlumatların qorunması, girişlərin nəzarəti, şifrələmə, mərkəzləşdirilmiş nəzarət və kiberhücumlara cavab mexanizmləri gücləndiriləcək.
Burada önəmli nüanslardan biri də odur ki, sadə vətəndaşlar yeni rəqəmsal modelin, suni intellektin dövlət qurumlarında tətbiqini gündəlik həyatlarında aydın şəkildə hiss edəcəklər. Yəni sadə dillə desək, vətəndaş daha az sənəd toplayacaq. Eyni zamanda, insanlar prosedurların həyata keçirilməsi prosesində daha az növbəyə dayanacaqlar. Beləliklə, vətəndaşlarımız daha sürətli cavab alacaq, bir çox xidmətləri evdən, telefondan edəcəklər.
Hətta bəzi proseslər avtomatik işləyəcək. Məsələn, məlumatlar qurumlar arasında ötürüləcək. Bir sözlə, dövlət vətəndaşa işi asanlaşdıran tərəf olacaq.
Beləliklə 11 fevral müşavirəsi bir nüansı rəsmiləşdirdi, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik ölkənin prioritetidir və bu işlər vahid planla, vahid koordinasiya ilə sürətləndirilməlidir.
Əsas məqsəd budur ki, rəqəmsallaşma kağız üzərində qalmasın — vətəndaş və biznes bunu real həyatda hiss etsin.
Bütün bunlar cənab prezidentin rəhbərliyi altında dövlətimizin vətəndaşlara xüsusi diqqət və qayğısının əyani təzahürüdür. Eyni zamanda qlobal yeniliklərə və elektron çağırışlara dövlət mexanizmlərinin uyğunlaşması, adaptasiyasıdır.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

