/ / Lerikdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Lerikdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
21.11.2013 [09:20]
Lerikdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər. Tədbiri giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev açaraq partiyanın yaranma tarixi barədə danışıb.
Natiq bildirib ki, məhz 21 il öncə 1992-ci il 21 noyabr tarixində YAP Azərbaycanın siyasi həyatına daxil oldu və Ulu öndər Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı. YAP-ın ölkənin ictimai-siyasi həyatına Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi.
Natiq daha sonra qeyd edib ki, həmişə dövlətçiliyin qorunmasında, müstəqilliyin qazanılmasında fəallıq nümayiş etdirən vətənpərvər leriklilər də Heydər Əliyevin ideyaları ətrafında sıx birləşərək 1993-cü il sentyabrın 19-da YAP-ın Lerik rayon təşkilatını təsis etdilər. Bildirilib ki, YAP Lerik rayon təşkilatı keçən dövr ərzində işini partiya Sədrinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində qurub, rayon təşkilatının sıraları daha da möhkəmləndirilib, gənclərin partiyaya qəbuluna diqqət artırılıb. Hazırda YAP rayon təşkilatı 57 ilk ərazi təşkilatında 3527 nəfər partiya üzvünü özündə birləşdirir. 2013-cü ilin 10 ayı ərzində partiya sıralarına 143 nəfər qəbul olunub ki, bunların da 67 nəfərini gənclər təşkil edir.
Cəlil Baxşiyev onu da qeyd edib ki, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq siyasətindən Lerik rayonuna da pay düşüb. Belə ki, rayonda geniş quruculuq-abadlıq işləri görülüb: “Lerik-Qosmalian-Kəlvəz yolunun tikintisi başa çatdırılıb. Hazırda Noda-Şingədulan-Xanagah yolu tikilməkdədir. Şəhər əhalisinin içməli su təchizatının daha da yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin qurulması, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə modul tipli elektrik stansiyasının tikilməsi, Lerik şəhərinin gündən-günə gözəlləşdirilməsi istiqamətində aparılan tədbirlər göz önündədir. Bu gün artıq Lerikin 38 kəndində mavi qaz şölələnir, daha 11 kənddə qazlaşdırma işləri aparılır. Bütün bunlar isə əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir”.
Daha sonra çıxış edən YAP rayon təşkilatının Şura üzvü Hüseynbala Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov çətin şəraitdə yaradılan YAP-ın öz fəaliyyətində dünyəvi prinsipləri, müstəqillik və dövlətçiliyin qorunmasını, ədalətlilik və humanizmi, xalqın mənafeyini uca tutduğunu qeyd ediblər. Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

