YAP ötən 21 il ərzində daima dövlətçiliyin keşiyində dayanıb
22.11.2013 [09:24]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi Sənayecihaz Elmi İstehsalat Müəssisəsində ərazi ilk partiya təşkilatının üzvləri ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan müəssisənin direktor müavini, ərazi-ilk partiya təşkilatının sədri Məhəbbət Hümbətov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkə ağır iqtisadi, siyasi böhran şəraitində idi.
Sözsüz ki, bu dərin siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını narahat etməyə bilməzdi: “Buna görə də, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Elə bu məqsədlə də onlar Ümummilli lider Heydər Əliyevə müraciət etdilər”.
Partiyanın Azərbaycanın siyasi həyatındakı rolundan danışan natiq bildirib ki, YAP ötən 21 il ərzində daima dövlətçiliyin keşiyində dayanıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov partiyanın ölkəmizin həyatındakı əhəmiyyətli rolundan danışıb. O, qeyd edib ki, Azərbaycanın bir qrup ziyalısının ölkənin ən çətin dövründə Ümummilli lider Heydər Əliyevə müraciəti Azərbaycan tarixinə “91-lər” in müraciəti kimi həkk olunub: “Məhz bu müraciətdə Ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Bundan sonra 21 noyabr 1992-ci il tarixində Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirilib. Onu da deyim ki, YAP çox qısa bir müddətdə xalqın dəstəyini qazanıb, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtidar partiyasına çevrilib və ötən 21 il ərzində ölkəmizin inkişafına töhfə verib, ölkədə istər siyasi, istərsə də sosial-iqtisadi proseslərdə aparıcı qüvvə olub. Bütün bu illər ərzində YAP həmçinin, gənclərin hərtərəfli inkişafında müstəsna rol oynayıb”.
Sonra çıxış edən müəssisənin baş direktorunun birinci müavini, baş mühəndis Xaqani İsayev bildirib ki, 21 noyabr Azərbaycan tarixində ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə töhfə verən bir siyasi partiyanın, ümumxalq partiyası olan YAP-ın yaranması günüdür. Sonra tədbirdə müəssisənin əməkdaşları partiyanın yaranması və fəaliyyəti haqda danışıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21

