/ / Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Daşkəsən rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib
Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Daşkəsən rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib
24.02.2026 [23:29]
Fevralın 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti YAP Daşkəsən rayon təşkilatı, Daşkəsən Rayon Mədəniyyət Mərkəzi, Daşkəsən rayonu üzrə Təhsil Sektoru və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru ilə birgə mədəniyyət işçilərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirib.
Tədbir Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini anmaqla başlayıb.
Çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı XX əsrin ən dəhşətli faciələrindən biridir. Qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi bu hadisənin insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu bir daha sübut edir. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Bu çərçivədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif ölkələrdə anım mərasimləri, konfranslar və sərgilər təşkil edilmiş, nəşrlər hazırlanmış, faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm layihələr həyata keçirilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımının tanıdılmasında, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır.
Həmçinin bildirilib ki, Prezident, Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olundu və Xocalı şəhəri üzərində Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Xocalının azad olunması şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi ədalətin bərpa edildiyini bir daha göstərdi. Hazırda işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur yenidən qurulur, məktəblər, xəstəxanalar və digər ictimai obyektlər tikilir, yollar, körpülər və enerji şəbəkələri inşa edilir, habelə yerli əhalinin təhlükəsiz və rahat şəraitdə yaşaması üçün sosial və iqtisadi layihələr icra olunur.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib, məktəblilər şeirlər oxuyub və bir daha vurğulanıb ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq, şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

