Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir
25.02.2026 [19:46]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünya tarixində misli görünməmiş bir fəlakət baş verdi. Ermənistan silahlı qücü tərəfindən Xocalı şəhərinə edilən hücum nəticəsində 613 azərbaycanlı həyatını itirdi, 1275 insan əsir götürüldü və 150-dən çox insan itkin düşdü. Bu, böyük bir insanlıq faciəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq hüquq normalarına zidd bir soyqırım aktı idi.
Bu gün XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 34-cü ildönümünü qeyd edirik. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O qarlı-şaxtalı qış gecəsində silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edərək onun dinc əhalisinə amansızcasına divan tutdular. Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu məqsədyönülü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qətliam dünya ictimaiyyəti tərəfindən səs-küy ilə qarşılanmalı idi.
Lakin böyük güclərin geosiyasi maraqları, bəzi dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, tələbatın artması ilə bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı. Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildə "Xocalıya Ədalət" kompaniyası başladı. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Beynəlxalq miqyasda bu təbliğat kompaniyasının əhəmiyyəti danılmazdır.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir və bu həqiqətin yayılması üçün medianın rolu danılmazdır. İnformasiya müharibəsi davam edir və Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq üçün müasir kommunikasiya vasitələrindən istifadə edərək bu mübarizəni davam etdirməkdədir.
Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezidentin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə hər il dövlət səviyyəsində tədbirlər keçirilir.
2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq
Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11

