Xocalı qətliamı soyqırımı cinayətlərinin ən dəhşətlisidir
26.02.2026 [23:23]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən faciəli və sarsıdıcı hadisələrindən biri baş verdi. Həmin gecə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Xocalı şəhəri ağır artilleriya atəşinə tutuldu və qısa müddət ərzində yerlə-yeksan edildi. Mülki əhali birbaşa hədəfə alındı, insanlar öz doğma evlərini tərk etməyə məcbur qaldılar. Rəsmi məlumatlara görə, 613 nəfər həyatını itirdi, yüzlərlə insan yaralandı, 150 nəfərin taleyi isə uzun illər naməlum qaldı. Həlak olanların arasında qadınlar, uşaqlar və yaşlılar üstünlük təşkil edirdi. Bu qətliam mülki əhaliyə qarşı həyata keçirilmiş kütləvi zorakılıq aktı kimi dəyərləndirilir və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktı kimi tarixə düşdü.
Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyev bu hadisəni bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi səciyyələndirmiş və faciənin dövlət səviyyəsində tanınmasına nail olmuşdur. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla 26 fevral “Xocalı soyqırımı günü” elan edilmişdir.
“Soyqırımı” anlayışı BMT-nin 1948-ci il tarixli Konvensiyasında təsbit edilmiş hüquqi kateqoriyadır. Bu sənədə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən əməllər soyqırımı hesab olunur. Aparılan istintaq materiallarında Xocalıda baş verən hadisələrin məqsədli və sistemli xarakter daşıdığı qeyd edilmişdir.
Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də ardıcıl və sistemli iş aparılmışdır. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir. Bundan əlavə, müxtəlif ölkələrin parlamentləri və ABŞ-ın bir sıra ştatları faciə ilə bağlı qərarlar qəbul etmiş, hadisələri pisləmiş və qurbanların xatirəsini yad etmişlər. Bu qərarlar beynəlxalq ictimaiyyətin diqqətinin Xocalı faciəsinə yönəldilməsi və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm rol oynamışdır.
2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilmişdir. Təşəbbüsün müəllifi Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva olmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması və qurbanların xatirəsinin yaşadılmasıdır. Bu təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə sərgilər, konfranslar, ictimai müzakirələr və maarifləndirici tədbirlər keçirilmiş, minlərlə insan məlumatlandırılmışdır. İnformasiya mübarizəsi müasir dövrdə həqiqətlərin qorunması və təhriflərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xocalı Azərbaycan xalqının qəlbində sağalmayan yaradır və bu ədalət məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu və yeni geosiyasi reallıq yarandı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli aniterror tədbirlər nəticəsində ölkəmizin bütün ərazilərində suverenlik təmin edildi, Xocalı şəhərində Azərbaycan Bayrağı ucaldıldı. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası kimi dəyərləndirilir.
Bu gün Xocalıda həyat yenidən canlanır. Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yollar salınır, yaşayış binaları və sosial obyektlər tikilir. Müasir infrastruktur qurulur, məktəblər və digər ictimai binalar inşa edilir. Ailələrin doğma torpaqlarına qayıtması həm də mənəvi dirçəliş, tarixi ədalətin təntənəsi kimi dəyərləndirilir. Xocalının yenidən qurulması gələcəyə ümidin və inamın real ifadəsidir.
Hər il fevralın 26-da Bakıda “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimləri Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir. Minlərlə insanın iştirak etdiyi bu mərasimlər milli həmrəyliyin və tarixi yaddaşa sədaqətin göstəricisidir. Anım tədbirləri, həmçinin gələcək nəsillərə həqiqətləri çatdırmaq, tarixdən nəticə çıxarmaq üçün çağırış xarakteri daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

