/ / Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi
Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi
02.03.2026 [18:30]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan tarixinin ən ağır faciələrindən biri olan Xocalı soyqırımının qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm addımlardan biri Xocalıda inşa edilən Xocalı Soyqırımı Memorialı kompleksinin açılışı oldu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu hadisənin yalnız bir abidənin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətin təntənəsi olduğunu vurğuladı. Uzun illər işğal altında qalmış Xocalı torpağında memorialın ucaldılması Azərbaycan xalqının yaddaşına, şəhidlərin ruhuna və gələcək nəsillərin tarixi həqiqətləri unutmamasına xidmət edən mühüm dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçısı çıxışında bildirdi ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdiriləcək. Bu istiqamətdə mühüm rol oynayan Heydər Əliyev Fondu yaradıldıqdan dərhal sonra “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verməklə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirdi və informasiya mübarizəsində mühüm dönüş yaratdı.
Prezident İlham Əliyev mərasimdə qeyd etdi ki, Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğal dövründə böyük ağrılar yaşasa da, heç vaxt qisasçılıq siyasəti yürütməyib və humanizm prinsiplərinə sadiq qalıb. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı müharibə aparılmadığı xüsusi vurğulandı və bu yanaşmanın xalqımızın mənəvi ucalığını dünyaya nümayiş etdirdiyi bildirildi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun şəkildə yalnız legitim hərbi hədəfləri məhv etdi və cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı. Ermənistan rəhbərliyi təslim olaraq kapitulyasiya aktına imza atmağa məcbur edildi və bununla da müharibə Azərbaycanın siyasi iradəsi və hərbi gücü nəticəsində dayandırıldı. Bu qələbə Xocalı şəhidlərinin qanının yerdə qalmadığını göstərməklə yanaşı, tarixi ədalətin bərpasını təmin etdi. Xocalı Soyqırımı Memorialı isə artıq yalnız faciənin xatirəsini yaşadan abidə deyil, həm də xalqın birliyini, dövlətin gücünü və haqqın gec də olsa qalib gəldiyini gələcək nəsillərə çatdıran mühüm mənəvi simvol kimi tarixə yazıldı.
Xəbər lenti
Hamısına baxElm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41

