Dünyanın 12 ölkəsi, o cümlədən Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır
06.03.2026 [09:46]
2026-cı ilin martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Bakı Konqres Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və çıxış edib.
Dövlətimizin başçısı çıxışında bildirib ki, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlıq əlaqələri mövcuddur. Prezident vurğulayıb ki, bu tədbir artıq on ildir Azərbaycanın təşəbbüsü ilə təşkil olunur və enerji təhlükəsizliyi ilə bağlı mühüm məsələlərin müzakirə yolu ilə həllinin nə qədər vacib olduğu bu gün daha aydın görünür.
Prezident qeyd edib: “Son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin və mürəkkəb problemlərin şahidi olmuşuq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına nail olub və bu artıq gündəlik həyatımızda hiss olunan reallığa çevrilib”.
Dövlət başçısı bildirib ki, ötən il Bakıda keçirilən son görüşdən sonra da mühüm irəliləyişlər əldə olunub. Əvvəllər Azərbaycan 12 ölkəyə qaz tədarük edirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir.
Prezident qeyd edib ki, qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlar artıq reallaşır. Azərbaycan qazı Avropa hüdudlarından kənara da çıxır. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanıb. Hazırda Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunur. Bu, ölkədə mövcud elektrik enerjisi qıtlığının azaldılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, biznes fəaliyyətinin genişlənməsinə və müəssisələrin normal işləməsinə kömək edir.
Prezident vurğulayıb ki, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı ölkələr, həm də istehsalçı ölkələr üçün mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı Azərbaycanın gələcək planlarından da bəhs edib. O bildirib ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.
Prezident qeyd edib ki, qarşıdakı illərdə yeni yataqlardan hasilatın artırılması hesabına qaz istehsalını genişləndirmək mümkün olacaq. Lakin bunun üçün mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi zəruridir. Çünki hazırda Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir.
Prezident bildirib ki, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Bundan başqa, yaxın 2-3 il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənməsi planlaşdırılır ki, bu da qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilata başlanacaq. “Şahdəniz” yatağında isə yeni mərhələ üzrə hasilatın 2028-ci ildə başlanması gözlənilir. Bu layihələr nəticəsində maksimum istehsal səviyyəsində əlavə olaraq 10–15 milyard kubmetr qaz əldə etmək mümkün olacaq.
Prezident çıxışında yaşıl enerji gündəliyinə də toxunub. O bildirib ki, 2026-cı ilin yanvarında regionun ən böyük külək elektrik stansiyası – 240 meqavat gücündə obyekt istifadəyə verilib. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib. Bundan əvvəl isə 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib.
Hazırda bir sıra yeni layihələr icra mərhələsindədir və yaxın illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bu sahədə həm xarici sərmayədarlar, həm də yerli şirkətlər – o cümlədən SOCAR və özəl şirkətlər fəal iştirak edirlər.
Prezident qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyalara da investisiya yatırır. Hazırda 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq enerji sisteminə qoşulub və yaxın 2-3 il ərzində bu gücün təxminən iki dəfə artırılması planlaşdırılır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi kimi də mühüm rol oynayır. Qazaxıstan və Türkmənistan neftinin tranziti Azərbaycan üzərindən həyata keçirilir və bu həcmlər ildən-ilə artır.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyalarından birini əldə edib. Bundan əlavə, Serbiya ilə 500 meqavat gücündə elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalanıb.
Prezident bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə yalnız ölkə sərhədləri və Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Mühüm nailiyyətlərdən biri də İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunmasıdır. Türkiyənin Egey sahillərində yerləşən 12 milyon ton gücündə neftayırma zavodu ilə birlikdə Azərbaycanın Aralıq və Egey dənizi regionunda ümumi neftayırma potensialı 22 milyon tona çatır. Bu isə neft məhsullarının davamlı təchizatını təmin etməyə imkan verir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

