Qadın hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətidir
06.03.2026 [14:25]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi müasir dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasında qadınların hüquq və azadlıqlarının müdafiəsi, onların ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakının təmin olunması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasət ölkənin demokratik inkişaf kursunun mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan qadınlarının ictimai həyatda fəallığı tarixi ənənələrə əsaslanır. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi ölkəmizin bu sahədə bir çox inkişaf etmiş dövlətləri qabaqladığını göstərir. Bu fakt qadın hüquqlarına hörmətin və gender bərabərliyinin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu sübut edir. Müstəqillik dövründə isə qadın siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyev qadınların dövlət quruculuğunda rolunu yüksək qiymətləndirərək onların rəhbər vəzifələrə irəli çəkilməsini, ictimai-siyasi proseslərdə fəal iştirakını daim dəstəkləmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qadın problemlərinin sistemli şəkildə həlli istiqamətində mühüm institusional addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 14-də baş tutan və iki gün davam edən Azərbaycan Qadınlarının I Qurultayında çıxışında qeyd etmişdir: "Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm". Qadınların hər zaman aparıcı qüvvə olduğunu deyən Ümummilli Liderimiz onların potensialını olduqca yüksək qiymətləndirirdi.
Bu gün Prezident İlham Əliyev tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasət ardıcıl xarakter daşıyır. Qadınların dövlət idarəçiliyində, Milli Məclisdə, məhkəmə-hüquq sistemində, icra strukturlarında təmsilçiliyi ildən-ilə artır. Qadın sahibkarlığının inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə müxtəlif dövlət proqramları və güzəşt mexanizmləri tətbiq olunur. Eyni zamanda, ailə və məişət zorakılığına qarşı mübarizə, analıq və uşaqlığın müdafiəsi, qadınların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qəbul olunmuş qanunlar və həyata keçirilən maarifləndirici tədbirlər cəmiyyətdə sağlam ailə modelinin formalaşmasına xidmət edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsləri ilə reallaşdırılan humanitar və sosial layihələr də qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edir. Onun fəaliyyəti xüsusilə həssas sosial qruplara aid qadınların problemlərinin həllində mühüm rol oynayır.
Qadın hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin ayrılmaz və strateji istiqamətidir. Bu siyasət hüquqi baza, siyasi iradə və ictimai dəstək üzərində qurularaq ölkənin demokratik inkişafına və sosial ədalətin möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

