/ / “Dövlətçilik ənənələrinin qorunmasında və inkişafında Azərbaycan qadınının rolu” mövzusunda tədbir təşkil olunub
“Dövlətçilik ənənələrinin qorunmasında və inkişafında Azərbaycan qadınının rolu” mövzusunda tədbir təşkil olunub
06.03.2026 [14:27]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 06 mart 2026-cı il tarixində Partiyanın qərərgahında “Dövlətçilik ənənələrinin qorunmasında və inkişafında Azərbaycan qadınının rolu” mövzusunda tədbir təşkil olunub.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayaraq başda Şəhid və qazi anaları olmaqla qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıb. Sədr Həbib Misirov qeyd edib ki, Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrinin yaşadılmasında və cəmiyyətin inkişafında mühüm rol oynayıb. Bildirilib ki, bu gün Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, dövlətimizin inkişafına öz töhfələrini verirlər.Sədr Həbib Misirov bildirdi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə qadınların hüquqlarının qorunması, onların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva peşəkar fəaliyyəti, zəngin idarəçilik təcrübəsi və yüksək humanizm prinsipləri ilə ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan görkəmli dövlət xadimlərindən biridir. Onun fəaliyyəti Azərbaycan tarixində qadın hərəkatının inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birlikdə dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm fəaliyyət göstərir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində də onun diqqət və qayğısı xüsusi əhəmiyyət daşıyır. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ulduz Ağalarova, müəllimələrdən Mehraban Bayramova, Aidə Məmmədova, və digər çıxış edənlər Azərbaycan qadınının cəmiyyətdəki mühüm rolundan bəhs etdilər. Ulu Öndər Heydər Əliyevin qadınlara verdiyi yüksək dəyərin bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.Qeyd olundu ki, dövlət başçısının Azərbaycan qadınlarına göstərdiyi diqqət və qayğı onların ictimai-siyasi, elmi və mədəni həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradır. Çıxış edənlər ölkəmizdə qadınların inkişafına göstərilən bu diqqətə görə cənab Prezidenimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycan qadınları ailə institutunun möhkəmləndirilməsində, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycan qadınlarının göstərdiyi fədakarlıq və vətənpərvərlik nümunələri xüsusi vurğulanıb.Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup fəal qadına partiyanın fəxri fərmanları təqdim olunub.Təqdimat zamanı qadınların partiyanın fəaliyyətində göstərdikləri fəallıq, ictimai-siyasi həyatda aktiv iştirakları və cəmiyyətin inkişafına verdikləri töhfələr xüsusi qeyd olunub. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

